Viza Dəstəyi

Peşakar komandamızın sayəsində dünyanı səyahət edin!

Viza dəstəyi xidmətinə daxildir:
– Səfirlikdə görüşün təyin olunması
– Tələb olunan sənədlərin düzgün qaydada hazırlanması
– Anket doldurulması
– Aviabilet bronu (tələb olarsa şəhərlərarası nəqliyyat bronu)
– Otel bronu
– Sığorta (müştəri ödəyir)

 

Viza dəstəyi verdiyimiz ölkələr:

  • Şengen viza dəstəyi (Almaniya, Macarıstan, İspaniya,Çexiya, Fransa və s)
  • Dubay vizası
  • Amerika vizası
  • Böyük Britaniya vizası

 

Vizanın anlayışı, növləri, kateqoriya və məqsədləri

Viza – əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin dövlət sərhədinin buraxılış məntəqələrindən müəyyən olunmuş qaydada keçməklə Azərbaycan Respublikasına gəlməsinə və Azərbaycan Respublikasından getməsinə, vizada göstərilmiş müddət ərzində ölkədə müvəqqəti olmasına hüquq verən rəsmi sənəddir.

Növləri

Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən vizaların giriş və tranzit növləri vardır. Girişlərin sayına görə giriş vizası birdəfəlik və çoxdəfəlik vizalara, tranzit vizası isə birdəfəlik və ikidəfəlik vizalara bölünür.

  1. Birdəfəlik giriş vizası – bu növ vizanın etibarlıq müddəti 90 günədək müəyyən olunur. Bu viza göstərilən müddət ərzində əcnəbi və vətəndaşlığı olmayan şəxsə ölkəyə yalnız bir dəfə giriş-çıxış həyata keçirməyə icazə verir.
  2. Çoxdəfəlik giriş vizası – bu növ vizanın etibarlılıq müddəti 2 ilədək müəyyən olunur. Bu viza əcnəbi və vətəndaşlığı olmayan şəxsə müvafiq müddət ərzində ölkəyə çoxsaylı giriş-çıxışı həyata keçirməyə icazə verir.
  3. Birdəfəlik və ikidəfəlik tranzit vizası– üçüncü ölkələrə gedən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisindən keçmək üçün verilir. Bu növ vizaların etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmiryol nəqliyyatı və digər nəqliyyat növü vasitəsi ilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər. Vizada göstərilən ölkədə qalma müddətindən vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür.

Kateqoriya və Məqsədləri

Giriş vizası diplomatik, xidməti və adi kateqoriyalara bölünür.

  1. Diplomatik və xidməti kateqoriyalı giriş vizaları yalnız rəsmi səfər məqsədi ilə Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir.
  2. Adi kateqoriyalı giriş vizasını aşağıda qeyd olunan məqsədlərlə Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər əldə edə bilərlər:
  • İşgüzar
  • Elm
  • Təhsil
  • Əmək
  • Turizm
  • Mədəniyyət
  • İdman
  • Humanitar
  • Müalicə
  • Şəxsi səfər

Diqqət! Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

 

 

 

Şengen sazişi barədə razılaşma Lüksemburqun Fransa, Almaniya və Lüksemburq ilə sərhəddə yerləşən Şengen şəhərində imzalanmışdır.

 

banker.az saytı xəbər verir ki, o zamandan bu günə az vaxt keçməyib və 2007-ci ilin sonunda Şengen sazişi 30 dövlət tərəfindən imzalanmışdı. Lakin faktiki olaraq sərhəd nəzarətinin ləğv edilməsi 25 ölkədə fəaliyyət göstərir. Bu ölkələrə Avstriya, Macarıstan, Almaniya, İspaniya, İslandiya, İtaliya, Latviya, Lüksemburq, Malta, Yunanıstan, Hollandiya, Belçika, Danimarka, Norveç, İsveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Fransa, Finlandiya, Çexiya, İsveçrə, Litva və Estoniya daxildir. Bütün bu ölkələr Şengen zonasını əmələ gətirir.

 

Müqaviləyə imza atmış, lakin hələ ki sərhəd nəzarətini ləğv etməmiş digər 5 öldə Şengen zonasına daxil deyildir.

İsveçrə, Norveç və İslandiya istisna olmaqla Şengen zonasına daxil olan bütün ölkələr Avropa İttifaqının tərkibinə daxildirlər.

Şengen sazişini imzalamış, Avropa İttifaqına daxil olan 5 ölkə İngiltərə və İrlandiyanın pasport idarəsini bütünlüklə ləğv etməməsi səbəbindən Şengen zonasının sərhədlərindən kənarda qalıb. Bolqarıstan, Ruminya və Kipr isə bunu hələ gələcəkdə ləğv etməyi planlaşdırırlar.

5.06.2005-ci il referendumu ilə İsveçrə vətəndaşları Şengen zonasına daxil olmağa səs vermişlər.

15.03.2006-cı ildə sərhədlərlə bağlı yeni sənəd – Şengen kodeksi qəbul edildi və Şengen konvensiyası dəyişdirildi.

2007-ci ilin 21 dekabrında 9 ölkədə (Slovakiya, Sloveniya, Polşa, Macarıstan, Çexiya, Malta, Latviya, Estoniya və Litva) Şengen zonasına daxil oldu və sərhəd nəzarətini ləğv etdi. Hava məkanında isə bu 30.03.2008-ci ildə ləğv edildiş

 

Aeroportlarda isə sərhəd nəzarəti 29 mart 2009-cu ildə ləğv edildi.

 

Şengen sazişini imzalamış ölkələr

Avstriya

Belçika

Macarıstan

Almaniya (Byuzingen-to-Upper-Reyn istisna olmaqla)

Yunanıstan (Athos istina olmaqla)

Danimarka

İslandiya

İspaniya

İtaliya

Latviya

Litva

Lixtenşteyn

Lüksemburq

Malta

Hollandiya

Norveç

Polşa

Portuqaliya

Slovakiya

Sloveniya

Finlandiya

Fransa

Çexiya

İsveçrə

İsveç

Estoniya

 

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 012-3100482      Mob:  055-8824921    Sosial şəbəkədə ünvanlarımız:     

Bir cavab yazın