Səadət Sarayı

Səadət Sarayı

Səadət Sarayı oktyabr inqilabından sonra Əli Bayramov adına Qadın klubu, daha sonra isə Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərib. Daha sonralar uzun illər Nigah evi kimi istifadə olunmuşdur. Bina 1911-1912-ci illər abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə «Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı»na daxil edilmişdir. Həmin siyahıda abidənin inventar №-si 149-dur. Saray Bakının mərkəzində, Murtuza Muxtarov və Əhməd Cavadın adını daşıyan küçələrin kəsişməsində, M.Muxtarov küçəsi 6 ünvanında yerləşir.Oktyabr inqilabından sonra bina Əli Bayramov adına Qadın klubu, daha sonra isə Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərib. Daha sonralar uzun illər Nigah evi kimi istifadə olunmuşdur. Bina 1911-1912-ci illər abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə «Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı»na daxil edilmişdir. Həmin siyahıda abidənin inventar №-si 149-dur. Saray Bakının mərkəzində, Murtuza Muxtarov və Əhməd Cavadın adını daşıyan küçələrin kəsişməsində, M.Muxtarov küçəsi 6 ünvanında yerləşir.Sarayda restavrasiya işləri 2007-2012-ci illərdə aparılmışdır. Bərpa işlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Creacon Construction” şirkəti tərəfindən həyata keçirilmişdir. Nazirliyin məlumatına görə, müayinə zamanı binanın zirzəmisində və fasad divarlarında çatlar aşkarlanıb. Yanğından sonra isə dam örtüyündə qüsurlar yaranıb. Binanın qəzalı olması, həmçinin yenidən planlaşdırılması və fəaliyyət profilinin dəyişməsi səbəbindən, sarayın bütövlükdə restavrasiyasına və rekonstruksiyasına zərurət yaranmışdır. Başlıca məqsəd müasir metodlardan istifadə etməklə binanın xarici görkəmini və konstruksiyasını əsaslı şəkildə təmir və bərpa etmək, interyerin bütün mövcud bəzək elementlərini orijinal görkəminə qaytarmaq, mövcud elementlər və tarixi məlumatlar əsasında isə yeni elementlər hazırlamaq olmuşdur. Təmir-bərpa işləri zamanı binanın fəsadı bütünlüklə əl ilə təmizlənmişdir. Daşın və bəzək elementlərinin zədələnməməsi məqsədi ilə elektrik-mexaniki üsuldan istifadə edilməmişdir. Qırılmış elementlər, bəzək elementləri yeniləri ilə əvəz olunmuş, çatlar bərpa edilmiş, zədələnmiş lövhələr təzələnmiş və bütün fəsad daşları müxtəlif hava şəraitinin təsirindən müdafiə olunmuşdur. Binanın bütün tavanı sökülmüş, yeni tavan hazırlanmışdır.

İşıqlandırma məqsədi ilə binanın fəsadına 264 ədəd xüsusi çıraq-projektorlar quraşdırılacaqdır. Bu məqsədlə kabellərin çəkilişi artıq həyata keçirilmişdir. İş icraçıları demişlər ki, binanın konstruksiyası bütövlükdə xüsusi damper sistemi ilə möhkəmləndirilmiş və 9 bal gücündə zəlzələyə davamlı hala gətirilmişdir. Bina təyinatına görə yenidən planlaşdırılmış və 2 hissəyə ayrılmışdır. Birinci hissəsində işgüzar görüş evi, ikinci hissəsində isə VVAQ fəaliyyət göstərəcəkdir. Təmir və bərpa işləri həyata keçirilərkən binanın interyerində boya qatları yenidən ilkin vəziyyətinə qaytarılmışdır. Divan və tavanlardakı bəzək elementləri bərpa edilmiş, korlanmış elementlər mövcud nümunələr əsasında bərpa edilmiş və yekun olaraq 5 müxtəlif rəngdə boya və qızıl boya ilə boyanmışdır.Restavrasiya işləri zamanı binanın interyerində 12 min 500-dən artıq bəzək elementi bərpa olunmuşdur. Döşəmə, divarlar mozaik mərmər və parketlə üzlənmiş, məhəccərlər şəbəkə metaldan hazırlanmışdır.5 iyul 2012-ci ildə sarayın restavrasiyadan sonra açılışı baş tutmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edərək görülmüş işlərlə tanış olmuşdur.Murtuza Muxtarovun sarayının tikintisi şəhərin mərkəzi magistralında (o zamanki Nikolayev, indiki İstiqlaliyyət küçəsi) nəzərdə tutulsa da, sonradan Nikolayev küçəsinin qonşuluğunda yerləşən ərazinin bu məqsəd üçün istifadə olunması qərarlaşdırılmışdır. Yerin sahibi torpağı satmaqdan imtina etdiyindən Muxtarov Persidski (hazırda Murtuza Muxtarov küçəsi) və Vrangel (hazırda Əhməd Cavad küçəsi) küçələrinin əks tərəfində, Aleksandr Nevski kafedralı (memar R.R.Marfeld, 1888-1889, inşaatçı Y.V.Qoslavski) ilə üzbəüz ərazini alır. Saray belə nəhəng və monumental kilsə ilə yanaşı yerləşməsinə baxmayaraq, çox əlverişli şəhərsalma mövqeyinə malik idi.1930-cu ildə kilsənin sökülməsindən sonra sarayın ətrafı tamamilə açılmışdır. Saray tamaşaçı qarşısında detalları Fransız qotikası ruhunda həll olunmuş fasadla bərabər künc qüllənin hissəsi şəklində durur. Memarlıq kompozisiyasının şaquli olması ətraf tikililər arasında hökmran mövqe tutur və binanın inşasına kimi şəhər quruluşunda belə yüksək həcm-məkan quruluşu mövcud olmamışdı. Peterburqdan olan memarlıq akademiki H.D.Qrimm (rus.) tərəfindən tərtib olunmuş Bakı üçün mədaxilli evin müsabiqə layihəsi 1900-cü ildə birinci mükafata layiq görülmüşdür. Layihədə iri məhəllə müəllif tərəfindən bütöv həcm şəklində baxılır və Qahirə məscidlərinin minarələrini xatırladan künc, aksentlər arasındakı şaquli qüllələrin parlaq şəkildə əks olunması şərq koloritini çox yaxşı təcəssüm etdirirdi. Xüsusilə yaşayış evinin kompozisiyasını təşkil edən minarələr qrupu binanın künc hissəsində təsiredici şəkildə işlənmişdir İ. Ploşko 1911-1912-ci illərdə Muxtarocun sarayını layihələşdirərkən H.D.Qrimmin layihəsindəki effektiv künc kompozisiyasından bəhrələnmişdir və fransız qotikasının üslub istiqamətinin traktəsinə yenidən baxaraq öz təfsirini vermişdir. Binanın ümumi memarlıq kompozisiyası nəinki krabba və qotikanın digər elementləri ilə bəzədilən öz künc giriş portalı ilə, həmçinin fasadlardakı kəsişən tağların daşıdığı və həcm plastikasının xüsusi dünyasını yaradan nazik sütunları olan lociyalarla maraqlıdır. Şaquli rizalitlərin itiuclu frontonlar və bölmələrlə, çoxpilləli və səkkizguşəli piramida şəklində olan qüllələrlə ahəngdar şəkildə təcəssümünü taparaq binanın parlaq siluetini aşkara çıxarır. İri həcm dinamikası küçənin bütün məkan strukturuna işləyərək özünəməxsus memarlıq kompozisiyası yaratmışdır. Şaquli bölünmələr və zirvədə iti üçbucaqlı frontona malik portal kənarı İ. Ploşkonun qılınc və qalxanlı cəngavərin yerləşdiyi kapitellə birlikdə tilli sütunlar formasında dayaqla nəzərə çarpdırılır. Binanın künc hissəsi təkcə Bakı zəminində memarlıq qotikasının işlənməsinin təzahürü deyildir, burada həm də tarixi motivlər iştirak etmişdir. Memarın daş üzərində dərindən həkk olunmuş bədii keyfiyyətlərdən geniş istifadə etdiyi sarayın üslubu onun mahiyyətini müəyyənləşdirmişdir.Sarayın ön giriş qapısı klassik qaydada işlənmiş konik pilyastrlarla, barokko üslubu motivləri ilə zəngin olan yarımdairə görünüşlü tağlara və karniz elementlərinin keçdiyi yapma naxışlı tavana malik olan salona açılır. Giriş pilləkəninə dekorativ dayaq sütunları ilə xüsusi olaraq keçidi təmtəraqlı surətdə həll edilmişdir. Birmarşlı pilləkən aralıq meydançadakı tağdan keçərək davam etdirilir. Zalın pəncərə açırımları ilə işıqlanan giriş pilləkənlərinin hər iki tərəfində dairəvi formalı foye başlanır. Bu interyerdə dəbdəbə və təmtəraq birləşərək xüsusi məna kəsb edir. Dairəvi balyustradanın ardınca yarımdairəvi profilə malik dərin qapı açırımları ilə tamamlanmış foyenin divarları korinf pilyastrlarına bölünmüşdür.

Pilyastr üzərindəki bəzəkli karniz çox zəngin olan tavana keçmişdir, daha sonra yarımdairəvi tavanın ətrafında çoxsaylı motivlər təsvir olunmuşdur. Yapma işi foyenin aşağı hissəsi ilə ahəngdarlıq yaradaraq keyfiyyətli fəza-məkan mühitinə, memarlığın lirikasına, gözəllik və ecazkarlığa çevrilmişdir. Zallar, qonaq otaqları da barokko üslubunda çoxsaylı yapma elementlərlə işlənmişdir. Sarayın interyerləri sırasında yalnız kitabxana qotik üslubda işlənmişdir.
Planlaşdırma nöqteyi-nəzərindən də saray maraqlı formada işlənmişdir. Xüsusən ikinci mərtəbədə altıguşəli formalı zal diqqəti cəlb edir. Oradan foyeyə üçmarşlı giriş pilləkənləri açılır. Böyük zaldan başlayaraq fasadın qərb hissəsinin bəzəyi olan dəbdəbəli qotik tağlı lociyalara malik orta böyüklükdə zallar antilada sistemi ilə düzülmüşdür. Otaqlar və digər xidməti yerlər koridora tərəf yönəldilmişdir, eyni zamanda onların böyük olmayan həyət sahəsi və doktor döngəsinə çıxışı olan yaşayış korpusu ilə əlaqəsi vardır. Üçüncü mərtəbəyə çıxmaq üçün əsas giriş hissə ilə əlaqəsi olmayan ikimarşlı pilləkənlər vardır.

Please follow and like us:

Leave a Reply