Dənizkənarı Milli Park

Dənizkənarı Milli Park, yaxud məşhur Bulvar Azərbaycan paytaxtının ən görməli, bakılıların və şəhərin qonaqlarının sevimli istirahət yerlərindən biridir. 2009-cu ildə bulvar 100 illik yubileyini qeyd edib.

2007-ci ildə Dənizkənarı Milli Parkda, Azneft meydanı ilə üzbəüz dünyada analoqu olmayan musiqili fəvvarənin açılışı oldu. 2008-ci ildə Hökumət Evi qarşısında ikinci belə fəvvarənin inşası tamamlandı.

Image result for bakı bulvarı

Bulvarda ailəvi istirahət üçün hər cür şərait var: onlarla müxtəlif attraksion, yelləncək, “şeytan çarxı”, 7D kinoteatr, kiçik kafelər, “Bahar” yay kinoteatrı, yay uşaq teatrı və paraşüt qülləsi. Burada ötən əsrin 60-cı illərində inşa edilən əfsanəvi “Mirvari” yay kafesi, estakadada yerləşən və dənizə “baş vuran” “Sadko” kafesi yerləşir. Dəniz gəzintisi həvəskarları üçün sərnişin gəmiləri, habelə Yaxt-klub və üzən restoran fəaliyyət göstərir. Bakı bulvarının guşələrindən birini Venetsiya adlandırırlar, burada lap elə həmin İtaliya şəhərində olan kimi süni dar kanallarda qayıqlar və qondolalar üzür.

Populyar alış-veriş və əyləncə mərkəzi Park Bulvar, Beynəlxalq Muğam Mərkəzi və məşhur Azərbaycan Xalça Muzeyi də Dənizkənarı Milli Parkdadır.

Dənizkənarı Park çiçək və yaşıllıqlara bürünüb. Bulvarın yubileyi ərəfəsində dünyanın müxtəlif ölkələrindən bura cürbəcür ekzotik bitkilər və kollar, o cümlədən Argentinadan hər birinin çəkisi 7 ton, yaşı 150-dən çox olan baobablar, nəhəng kaktuslar, hündür zeytun və xurma ağacları gətirilib.

2008-ci ildən Azərbaycan Prezidentinin Fərmanı ilə bulvarda əsaslı yenidənqurma işləri aparılır. Bu işlərə Bakı Şəhər İcra Hakimiyyəti ümumilikdə 500 milyon ABŞ dolları ayırıb. Dənizkənarı Milli Parkın ərazisi daim genişlənir, son nəticədə o, əvvəlkindən beş dəfə böyük olacaq. O, bir tərəfdən, Dəniz Vağzalından Zığ qəsəbəsinədək, o biri tərəfdən isə Əl Oyunları Sarayından Bibi-Heybət məscidinədək uzanacaq.

2014-cü ildə Dövlət Bayrağı Meydanına qədər uzanan Dənizkənarı Milli Parkın yeni hissəsində 30 səkkiz yerlik şüşə kabinəsi olan 60 metr diametrli müasir attraksion-panoramın (“müşahidə təkəri”) açılışı olub.

Please follow and like us:

Leave a Reply