Qətər Qərbi Asiyada dövlət. Qətər Ərəbistan yarımadasının şimal-şərqində Fars körfəzinə uzanan eyni adlı yarımadada yerləşir. Qurudan yalnız cənubda Səudiyyə Ərəbistanı ilə həmsərhəddir. Sudan şimalda Bəhreyn, şərqdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə sərhədə malikdir. Paytaxtı və ən böyük şəhəri Doha, ümumi sahəsi 11,581 kvadrat kilometr, əhalisinin sayı 2.5 milyon nəfərdən çoxdur. Monarxiya ilə idarə olunan Qətər artan neft qiymətləri və sahib olduğu təbii qaz ehtiyatları sayəsində adam başına düşən gəlirə görə dünyanın ən zəngin ölkəsidir.
Qətərin ərazisi qədim dövrlərdən bəri yaşayış məskəni olub. Bu ölkənin adı Roma tarixçisi Böyük Plini (I əsr) tərəfindən də xatırlanır. Regionda aparılan arxeoloji qazıntılar göstərir ki, bu torpaqlar bizim eradan əvvəl 4–2-ci minilliklərdə paytaxtı Bəhreyn olan Dilmun və təxminən indiki Omanın ərazisində mövcud olmuş Maqan krallıqlarının nəzarəti altında olub.
Paytaxt Doha şəhərində 2008-ci ildə İslam İncəsənəti Muzeyi açılıb. Həmin muzeydə dünyanın müxtəlif güşələrindən 1,400 illik zaman kəsiyini əhatə edən Islam incəsənəti nümunələri toplanıb.
Möhtəşəm mehmanxanalar və üzgüçülük hovuzları, su slaydları və digər turistik yerləri olan qumlu çimərliklər su elementində günəşlənmək və sürüşmək üçün həvəskarları həvəsləndirir.
Qətərin gəzməli-görməli yerləri:
- İslam Sənətlərı Muzeyi
- Corniche
- Vaqif Bazarı
- Aspire Park
- The Pearl
- Falkon bazarı
- Katara mədəniyyət mərkəzi
- Qızıl Məscid
- Katara Məscidi
- Qatar Milli Muzeyi
- FANAR (İslam Mədəniyyət Mərkəzi)
- Al Zubarah Limanı Şəhər
- Al Jassasiya qalıqları
- Çöldə Safari
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız:
![]()