Bəhreyn Turu

Bəhreyn  və ya rəsmi adı ilə Bəhreyn Krallığı  Fars körfəzində yerləşən ada dövlət. Bəhreyn Səudiyyə Ərəbistanından 16 kilometr məsafədə üç nisbətən iri və xeyli kiçik adalarda yerləşir və Ərəbistan yarımadasına Kral Fəhd Körpüsü ilə birləşmişdir. Paytaxtı və ən böyük şəhəri Manama şəhəri, ümumi sahəsi 780 kvadrat kilometrdir. Bəhreyn Asiya qitəsində SinqapurMaldivdən sonra üçüncü ən kiçik dövlətdir. Bu ölkə həm də ən kiçik ərəb dövlətidir. Bəhreyn haqqında ilk məlumat e.ə. IV–III minilliklərə aid edilir. Qədim mixi kitabələrdə e.ə.IV minilliyə aid “Dəlmun” adlı İkiçayarası (Dəclə və Fərat) ölkələrindən bəhs olunur. Bəhreynin İkiçayarası ölkələri mədəniyyətləri ilə güclü ticari əlaqələri mövcud olmuşdur. Bəhreyn Krallığı Asiyanın cənub-qərbində Fars körfəzində yerləşən kiçik ada dövlətidir. 3 böyük və çoxlu sayda xırda adalardan ibarətdir. Arxipelaqda ən böyük ada Bəhreyn adasıdır (uzunluğu 55 km (34 mil), eni 18 km (11mil)). Səudiyyə Ərəbistanı Bəhreyn ilə Kral Fəhd körpü yolu vasitəsilə birləşir. Hazırda Bəhreyn-Qətər körpü planı hazırlanır ki, bu plan həyata keçiriləndən sonra Bəhreyn körpüsü dünyanın ən böyük körpüsü olacaqdır. Bəhreyn arxipelağı, əsasən, səhra və quru düzənliklərdən ibarətdir. Ən yüksək nöqtəsi hündürlüyü 122 m. olan Cabal-əd-Duxxan (Tüstü) dağıdır.

 

Bəhreyndə gəzməli yerlər:

  1. Dilmun Su Parkının Cənnəti
  2. Bəhreyn Milli Muzeyi
  3. Əl-Fatih Məscidi (Böyük Məscid)
  4. Qələt əl-Bəhreyn
  5. Bəhreyn Beynəlxalq Circuit
  6. Bab əl-Bəhreyn Souk
  7. Həyat Ağacı
  8. Beytül Quran
  9. Moda Mall – Bəhreyn Dünya Ticarət Mərkəzi
  10. Kral Dəvə Təsərrüfatı
  11. Seef Mall – Seef rayonu

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

 

Bir cavab yazın