Maldiv adaları və ya rəsmi adı ilə Maldiv Respublikası – Cənubi Asiyada ada-dövlət. Maldiv adaları Hindistanın cənubunda, Hind okeanındakı atollarda, Ərəbistan dənizində yerləşir. Ölkənin tərkibinə daxil olan adalar qrupu Hindistan və Şri-Lankanın cənub-qərbinə qədər uzanır. İyirmi altı atoldan ibarət adalar qrupu şimalda İhavandhippolhu Atolundan cənubda Addu şəhərinə kimi uzanır. Təxminən 298 kvadrat kilometr ərazini əhatə edən Maldiv adaları dünyanın coğrafi cəhətdən ən çox səpələnmiş ölkələrindən biridir. Ölkə həmçinin, Asiyanın həm əhali, həm də ərazi baxımından ən kiçik ölkəsi olmaqla, 393,500 sakinə ev sahibliyi edir. Paytaxt şəhər olan Male, ölkənin ən çox məskunlaşmış adasıdır. Ada həmçinin, mərkəzdə yerləşdiyinə görə “Kral Adası” adı ilə də tanınır.
Maldiv adalarının görməli yerləri:
Tropik iqlimi olan adada hava musson yağışlarının təsiri ilə noyabrdan martadək quru, iyundan avqustadək isə yağışlı keçir. İlboyu isti hava hökm sürür. Havanın temperaturu +25-30, suyun temperaturu isə +25-33 dərəcə arasında dəyişir. Maldiv Respublikası əsrarəngiz sualtı dünyası ilə məşhurdur. Sualtı gözəllikləri buradan başqa heç bir yerdə görə bilməzsiniz. Maldiv akvalanqçılar üçün əsl “Məkkə” adlandırılır. Üzməyi bacaran turistlər ekzotik dəniz cəngəlliyinə səyahət edib, müxtəlif növ ekvatorial canlı heyvanları, rif köpək balığı, ilanbalığı, durnabalığı, nəhəng su tısbağası, səkkizayaqlı ilbizi yaxından görə bilərlər. Ən əsası canlı sualtı dünyanı görmək üçün heç yerə getmək lazım deyil. Qaldığınız otellərin ətrafında hər cür şərait var. Balıq tutmağı sevənlər üçün Maldiv əsl cənnətməkandır. Maldiv adalarının hər birində İslam incəsənətinin nümunələrini görmək mümkündür. Asiyada ən məşhur və böyük məscidlərdən biri paytaxt Maledə yerləşir. Sultan sarayına, Mərkəzi məscidə, balıq və suvenir bazarlarına tez-tez səyahətlər təşkil edilir.
Maldivdə mətbəx Maldiv xörəkləri ərəb və hind mətbəxinin qarışığından ibarətdir. Milli mətbəxdə dəniz məhsulları, düyü, ədvalar və acı souslardan geniş istifadə olunur. Ən sevimli yeməkləri tunes (iri yırtıcı balıq) və düyüdən hazırlanır. Maldivlər tunes balığı ilə olan yeməkləri kokos və istiotdan hazırlanmış sousla süfrəyə verməyi çox sevirlər. Hisə verilmiş balıq “xikimas”, balıqdan hazırlanmış piroq “kuli borkiba”, kokos və soğan “badciya”, milli balıq şorbası düyü ilə “qarudiya”, tunes balığı və kokosdan hazırlanmış kotlet “qulu”, balıq paşteti “rihaukuru”, istiot və sarımsaqlı qızartma balıq “teluli mae” və s. kimi milli xörəklərin də dadına baxa bilərsiniz. Toyuq və mal ətindən bayramlarda xüsusi yeməkləri hazırlamaq üçün istifadə edirlər. Maldivlər düyünü kokos və süddə, müxtəlif tərəvəzlərlə, dəniz və çörək ağacının məhsulları, banan, manqo, qabaq və şirin kartofla hazırlayırlar. Ən məşhur içkiləri südlü çay və ərəb üsulu ilə hazırlanmış qəhvədir. Qara çaydan çox az istifadə edirlər. Günəşin isti şüaları altında sərinləmək üçün müxtəlif meyvələrdən, şirin palma və palma südündən hazırlanmış şirə və yerli şirin süd “kiru sarbat” içə bilərsiniz.
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: