Hindistan – Cənubi Asiyada yerləşir. Dünyanın ən böyük 2-ci coğrafi ərazisi və əhali sayısına görə ən böyük 2-ci ölkəsidir. 28 əyalət və 7 birlik bölgəsindən ibarətdir.
Pakistan, Çin, Nepal, Butan, Banqladeş və Myanmar ölkələri ilə həmsərhəddir. 4 önəmli dünya dinləri olan Hinduizm, Budizm, Jainizm və Sihizmin yarandığı ölkə olmaqla yanaşı, Zərdüştlük, Yəhudilik, Xristiyanlıq və İslam dinlərini də e.ə 1-ci əsrdən ölkənin böyük bir hissəsinə yayılmışdır.
Əhalisinin sayına görə Hindistan dünyada 2-ci yeri tutmaqdadır. 1.2 milyard nüfuza sahibdir. Dehli, Mumbay və Kalkutta Hindistanın ən böyük 3 şəhəridir.
Hindistan öz filmləri ilə də dünyada məşhurdur və bir çox müxtəlif bölgələrdə filmsənayesi mövcuddur. Bunlardan ən önəmlisi isə Mumbaydakı Bollywood filmsənayesidir. Bollywood adı Hollywood və Bombay (Mumbay) adlarının birləşməsindən yaranmışdır.
Hindistanda ziyarət üçün ən yaxşı turistik yerlər bunlardır:
- Amber Fort Caypur (Kəhrəba qalası)
- Chand Baori
- “Ölü şəhər” Fatehpur-Sikri
- Tac-Mahal
- Lotos məbədi
- Caypur
- Hava Mahal
- Cantar Mantar
- Harmandir Sahiab məbədi
- Ajanta mağara məbədləri
- Yeni Delhidəki Hindistan Qapısı
- Mumbaydakı Hindistan qapısı
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız:
![]()