Pakistan Turu

 

Pakistan və ya rəsmi adı ilə Pakistan İslam Respublikası Cənubi Asiyada dövlət. Pakistan əhalisinin sayına görə 6-cı, sahəsinə görə 33-cü yerdədir. Dəniz sahili ərazisinin uzunluğu 1,046 km-dir. Ölkə cənubdan Ərəbistan dənizi və Oman körfəzi, şərqdən Hindistan, qərbdən Əfqanıstan, cənub-qərbdən İran, şimal-şərqdən isə Çin Xalq Respublikası ilə əhatə olunmuşdur. Tacikistanla arasında Əfqanıstana məxsus Vahan dəhlizi yerləşən Pakistan, həmçinin Omanla dəniz sərhəddinə sahibdir. Paytaxtı İslamabad, ümumi sahəsi 881,913 kvadrat kilometr, əhalisinin sayı 212 milyondan çoxdur.Hazırda Pakistanın nəzarəti altında olan ərazilər bir neçə qədim mədəniyyətə ev sahibliyi etmişdir. Bunu Neolit və Tunc dövrünə məxsus abidələr, yaşayış məntəqələri və s. sübut edir. Bu ərazidə vaxtilə Əhəmənilər İmperiyası, Makedoniyalı İsgəndər, Mauriya İmperiyası, Əməvilər sülaləsi, Qupta İmperiyası, Dehli sultanlığı, Monqol İmperiyası, Böyük Moğol İmperiyası, Dürranilər İmperiyası və Britaniya İmperiyası kimi nəhəng imperiyalar və hökmdarlar ağalıq etmişdir.

Pakistanda gəzməli yerlər:

  1. Naltar vadisi
  2. Neelum Vadisi
  3. Şangrila kurortu
  4. Gojal Vadisi
  5. Passu konusları
  6. Attabad gölü
  7. Qartal yuvası
  8. Yarxun Vadisi
  9. Phander Gölü
  10. Broghil Vadisi
  11. Gorax təpələri
  12. Şah Cahan məscidi
  13. Fairy Meadows
  14. Çapursan Vadisi
  15. Xuncerab keçidi

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

Bir cavab yazın