Oman və ya Ümman, rəsmi adı Ümman Sultanlığı Asiyada dövlətdir. Oman Ərəbistan yarımadasının cənub-şərqində yerləşir. Cənub-qərbdə Yəmən, qərbdə Səudiyyə Ərəbistanı Krallığı, şimal-qərbdə isə Birləşmiş Ərəb Əmirlikləri ilə həmsərhəddir. Şimalda Oman Körfəzi, şərqdə və cənubda isə Ərəb dənizi ilə əhatə olunur. Sahəsi- 309,500 min km2 , əhalisi təxminən- 4,441,448 nəfərdir (2016-ci il). Paytaxtı — Məsqət şəhəridir. 7 oktyabr 1971-ci ildən BMT-nin, 1972-ci ildən isə İKT-nin üzvüdür. Oman Sultanlığı BMT, İKT, ƏDL və Bloklara Qoşulmayan ölkələr, Ümumdünya Ticarət Təşkilatı kimi təşkilatların üzvüdür. Məsqətdə 50-dən artıq xarici səfirlik və konsulluq fəaliyyət göstərir. Oman — irsi monarxiya sultanlığıdır. 1970-ci ildə hazırkı Sultan Qabus bin Səid Əl Səid atasını devirdikdən sonra ölkənin sosial-iqtisadi inkişafına təkan vermiş və Sultan Qabusun həyata keçirdiyi islahatlar nəticəsində xarici investisiyaların ölkəyə axını başlamışdır. Ərəblər, pakistanlılar, hindlilər, bəluçilər, banqladeşlilər. Ölkə əhalisinin 577.293 nəfərini mühacirlər təşkil edir. Omanda demək olar ki, bütün əhali müsəlmandır. Müsəlmanların əksəriyyəti islamın ibaziyyə təriqətinə mənsubdur. Əhalinin dörddə bir hissəsindən çoxu sünnülərdir.
Omanda gəzməli yerlər:
- Misfat əl Abryen
- Masirah adası
- Bəhlə
- Salalah
- Cebel Akhdar
- Ras al Jinz
- Musandam Fjordları
- Wahiba Sands
- Nizva
- Maskat
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız:
![]()