Şri-Lanka Turu

Möhtəşəm ŞRİ-LANKA qrup turu! 

Yaddaşlardan silinməyəcək anlar sizi gözləyir!

Qiymət: 1490 USD

Turun proqramı:
1-ci gün Hava limanı —> Pinnawalada səhər yeməyi (fillər) —> İstirahət
2-ci günPeradeniya Botanik bağı —> Suba Buddha məbədi
3-cü günKandy —> Çay plantasiyası —> Şəlalə —> Nuwaraeliya
4-cü günElla (9 tağ körpüsü, qatar ilə gəzinti) —> Galle Şəhər Turu və çimərlik tətili
5-ci gün Çimərlik tətili
6-cı günÇimərlik tətili
7-ci gün Çıxış —> Tısbağa ferması —> Kolombo şəhər turu —> Şam yeməyi

Hotellər:
1 və 2 ci gün Radisson Kandy hotelində
3 cü gün Araliya Red hotelində
4,5 və 6 günü Radisson Blu hotelində

Qiymətə daxildir: Aviabilet, Hotel, Qidalanma (Çimərlik tətilində qidalanma hər şey daxil), Transfer QRUP, Visa, Ekskursiyalar

Qeydlər:

  • Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.
  • Ödəniş günün məzənnəsinə uyğun olaraq manatla qəbul olunur.
  • Qeyd olunan turların qiyməti sifariş etdiyiniz tarixdən asılıdır və hazırlandığı tarixdən vaxt keçərsə qiyməti dəyişə bilər.

Şri-Lanka Cənubi Asiyada ada-dövlətdir. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır.

Şri-Lankada turistlər ilin bütün fəsillərində özlərini bahardakı kimi hiss edirlər. Müxtəlif ağaclar, güllər ara vermədən çiçəkləyir və bar verirlər. Bir də görürsən yanaşı dayanan müxtəlifnövlü meyvə ağaclarından birinin üzərində meyvə yetişib, yeməlidir, digəri isə yenicə çiçəkləyib. Sanki meyvə ağacları bar vermək üçün növbəyə dayanırlar. Bu proses ilboyu təkrar olunur. Məhz bu səbəbdən ətirli Seylon çayı dünyada məşhurdur. Şri-Lankanın əsrarəngiz gözəlliyi ilə bağlı çoxsaylı rəvayətlər mövcuddur. Bu rəvayətlərdən birində deyilir ki, guya Allah ilk insanı Adəm və Həvvanı göydən məhz Şri-Lankada yerə endirib və əfsanəvi Edem bağı da bu adadadır.

Kolombodan sonra Şri-Lankanın ikinci ən böyük şəhəri Anuradxapuradır. Bu şəhər çoxlu sayda qədim mədəniyyət, o cümlədən buddist məbədləri və tarixi önəm daşıyan arxitektura abidələri ilə zəngindir. Ona görə də Anuradxapuranı tarixi abidələr şəhəri adlandırırlar.

 

Şri-lankanın gəzməli-görməli yerləri:

  1. Kandy
  2. Qalle
  3. Anuradhapura
  4. Jaffna
  5. Trincomalee
  6. Dambulla
  7. Polonnaruva
  8. Kataraqama
  9. Kalutara
  10. Qampaha

 

Niyə Şri Lanka?

1. Valehedici Dünya Mədəni İrsləri
2. Əlamətdar mədəni müxtəliflik
3. Möcüzəli vəhşi təbiət
4. Gözəl bir fincan-Seylon çayı
5. Gözəl çimərliklər
6. Fotosevərlər üçün cənnət
7. Ənənəvi yeməklərin dadı

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

Bir cavab yazın