Kruiz Turu - Ulduz Tourism, Azerbaijan - Türkiye Tour Operator

Kruiz Turu

Kruiz bir neçə şəhəri gəmi vasitəsilə səyahət etmək növüdür. Əsasən dünyada kruiz səfərləri ABŞ və Avropada insanların üstünlük verdiyi səyahət növü olsa da, hazırda dünyanın hər yerinə kruizlər təşkil olunur. Hər il orta hesabla 15 min kruiz səfəri reallaşdırılır. Bu səfərlərdə iştirak edənlərin 20%-ə yaxını ilk kruiz səfərinə çıxan insanlardır, bu, o deməkdir ki, kruiz səfərlərindən daha çox insan faydalanmağa başlayır.Kruiz gəmiləri 2 mindən 6 minədək qonağın istirahətini təşkil edə biləcək nəhənglikdə olur. Təsəvvürün formalaşması üçün misal olaraq deyək ki, bu, təxminən 20 mərtəbəli üzən binadır. Kruiz gəmilərinin uzunluğu 350 metrə çatır, bu da təxminən 5 ədəd təyyarənin uzunluğu qədərdir.

Kruiz – baza qiymətinin tərkibinə gəmi göyərtəsində kompleks xidmət: gəmidə gediş, kayutda yerləşmə (seçilmiş kayut sinfindən asılı olaraq), 3 dəfə qidalanma, əyləncə və adətən gəmidə təşkil olunan bir çox xüsusi tədbirlərdə (bayram, festival, konkurs, konsert və s.) iştirakı özündə birləşdirən dəniz və ya çay turudur. Kruiz marşrutları 24 saatdan daha artıq müddət üçün nəzərdə tuttlur. Gəmi bir neçə nöqtədə (bir ölkənin limanları, yaxud bir neçə ölkənin limanları) dayanır və turistlərin fərqli ərazilərlə daha yaxından tanış olmaları üçün imkan yaradılır. Kruiz turizmi Avropa və Amerikada çox böyük rəğbət görür. Kruiz turizmi ən təhlükəsiz turizm növlərindən biridir.Kruiz turizminin iki əsas yarımnövü var: dəniz kruizi və çay kruizi.

Çay ilə kruiz bahalı turizm növlərinə aid edilir və müasir iqtisadi vəziyyətdə turist marşrutlarında sərnişin daşıma həcminin azalmasına səbəb olur.

Çay kruizləri üçün aşağıdakılar xarakterikdir:

Dayanıqlı tələbatı formalaşdırmağa imkan verən rəqabət qabiliyyətli qiymətlərin olması;

Yüksək xidmətin təşkili;

İstirahət, idman, işgüzar gəzinti-seminarlar və s.-ə istiqamətləndirilməsinin mümkünlüyü;

Qısa vaxtda təbii və tarixi yerlərlə tanışlığın mümkünlüyü.

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

Bir cavab yazın