ABŞ Amerika Turu

Amerika Birləşmiş – 50 ştatdan, bir federal dairədən, beş böyük özünüidarə edən ərazidən və müxtəlif mülklərdən ibarət ölkə. 3,8 milyon mil2 (9,8 milyon km2) əraziyə malik ABŞ dünyanın ərazisinə görə 3-cü və ya 4-cü ölkəsidir.

Xristofor Kolumb 1492-ci ildə Amerika qitəsini Avropa üçün kəşf etmişdir. Kolumbun əsas məqsədi Hindistana gedən qısa dəniz yolunu kəşf etmək idi. Kolumb Amerika sahillərinə dörd dəfə səyahət etmişdir. Lakin o ömrü boyu buranın Hindistan olduğunu sanmışdır və onun ilk olaraq kəşf etdiyi adalar indi də “Vest İnd ” – Qərbi Hindistan adlandırılmaqdadır. Kolumbla birlikdə səyahət etmiş xəritəşünas Ameriqo Vespuççi isə bu torpaqların yeni bir qitə olduğunu söyləmişdir. Bu səbəbdən yeni kəşf edilən qitə Ameriqo Vespuççinin şərəfinə Amerika adlandırılmışdır.

Amerika futbolu bir çox göstəriciyə görə ən məşhur tamaşaçı idmandır, Milli Futbol Liqası (NFL) dünyada ən yüksək ortalama iştirakçıya malik idman liqasıdır və Super Boul dünyada milyonlar tərəfindən izlənilir. Beysbol XIX əsrin sonundan ABŞ-ın milli idman növü olaraq qəbul edilib, Böyük Beysbol Liqası (MLB) üst liqadır.

Kaliforniya ştatının Los-Anceles şəhərinin şimal məhəlləsi olan Hollivud kino istehsalında liderlərdən biridir. Dünyanın ilk kommersiya məqsədli kino sərgisi 1894-cü ildə Nyu-Yorkda Tomas Edisonun kinetoskopu ilə verilmişdir.

 

Amerika Birləşmiş Ştatlarının gəzməli yerləri:

  1. Mərkəzi Park
  2. Azadlıq Heykəli
  3. Metropolitan İncəsənət Muzeyi
  4. Golden Gate Körpüsü
  5. Golden Gate Park
  6. Afrikadan kənar Vəhşi Təbiət Parkı
  7. Devils Bridge
  8. Gözəl Sənətlər Muzeyi, Hyuston
  9. Hyuston Kosmik Mərkəzi
  10. Hyuston Zooparkı
  11. Vaikiki çimərliyi
  12. Mayami Zooparkı
  13. Mayami Dəniz Akvariumu
  14. Yuta Milli Parkı
  15. Yellouston Milli Parkı

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

 

Bir cavab yazın