Dominika və ya rəsmi adı ilə Dominika Birliyi Karib dənizində ada-dövlət. Dominika Kiçik Antil adalarındakı Dominika adasında yerləşən mikrodövətdir. Dominikanın şimal-qərbində Qvadelupa, cənub-şərqində Martinika əraziləri yerləşir. Paytaxtı və ən böyük şəhəri Rozo, ümumi sahəsi 750 kvadrat kilometr, əhalisinin sayı 71 min nəfərdir. Ada-dövətin ən yüksək nöqtəsi 1444 m-lə Morn Diablotindir. Dominikanı 1493-cü ildə Xristofor Kolumb kəşf etmişdir. Dominika 1768-ci ildən etibarən Böyük Britaniyanın müstəmləkəsi olmuşdur. 1978-ci ilin noyabrın 3-dən etibarən isə müstəqil dövlətdir.
- Dominikada gəzməli yerlər:
- Morne Trois Pitons Milli Parkı
- Trafalqar şəlaləsi
- Middleham şəlaləsi
- Qaynar göl
- Şampan rifində şnorkel və ya dalış
- Dominika çimərlikləri
- Papillote Tropik Bağları
- Viktoriya şəlaləsi
- Kalinaqo ərazisindəki Model kəndi
- Roseau
- Cabrits Milli Parkı
- Dominika festivalları