Hər şey daxil London turu
Tarix: 14.06.2023 – 18.06.2023 (4 gecə 5 gün)
Otel | Ulduz | DBL |
The Royal Horseguards | 5* | 3363 USD |
St Martins Lane London | 5* | 3500 USD |
Great Scotland Yard Hotel, part of Hyatt | 5* | 3600 USD |
Radisson Blu Edwardian Hampshire Hotel | 5* | 3915 USD |
The Londoner | 5* | 3997 USD |
Tura daxildir: Aviabilet, Transfer, Oteldə qonaqlama,Qidalanma (BB), Viza dəstəyi
Qeyd: Qiymət 2 nəfər üçün hesablanmışdır.
İngiltərə – Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi, Böyük Britaniya adasının cənub hissəsində yerləşir. Paytaxtı Londondur. Kralları III Çarlzdır. Rəsmi dili ingilis dilidir. Əsas əhalisi ingilislərdir.
İngiltərə tarixinin ən qədim abidələrindən sayılan Stounhencidir. Alimlərin fikrinə görə, bu abidə günəş şüasının düşmə dərəcəsini ölçür.
Futbolun beşiyi sayılan İngiltərə eyni zamanda dünyanın ən qədim liqasına ev sahibliyi edir. 1872-ci ildə Qlazqoda futbol üzrə ilk beynəlxalq görüş keçirilmişdir və bu zaman Şotlandiya milli futbol komandası və İngiltərə milli futbol komandası qarşılaşmışdı. Atletizm, reqbi, avarçəkmə, velosiped, kriket ən müvəffəqiyyətli idmanlarıdır.
Hər il 25 milyona yaxın turistin ziyarət etdiyi İngiltərəyə son illərdə Azərbaycandan səyahət edən turistlərin sayı dayanmadan artmaqdadır. Öz tarixi və mədəni irsi ilə diqqət cəlb edən bu ölkə həm də dünyanın ən böyük və inkişaf etmiş mərkəzlərindən biri olan Londona sahibdir.
Bəzən turistlər bir ölkəyə səfər etməzdən qabaq orada haranı ziyarət edəcəklərini yaxşı götür-qoy etmirlər və nəticədə bəzi diqqətəlayiq məkanları görmədən səfərlərini başa vururlar. Odur ki, yad əcnəbi ölkəyə səfər etməzdən əvvəl gəzinti ünvanlarını müəyyənləşdirmək vacibdir.
İngiltərənin gəzməli yerləri:
London
İngiltərənin səyahət üçün ən maraqlı şəhəri paytaxt Londondur. Xarici turistlərin sayına görə London dünyanın ən çox ziyarət edilən şəhərlərindən biridir. Buraya səfər edən turistlərin ən çox görmək istədikləri məkanlardan biri Biq Bendir. Parlamentin yerləşdiyi Vestminister sarayının bir hissəsi olan Big Ben zəngli saat qülləsidir. O, həm də Britaniyanın fəxri və rəmzi sayılır.
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: