Şəki Pitisi

Şəki Pitisi

Şəki pitisi Azərbaycan milli mətbəxinin təkrarolunmaz yeməyidir. Yerli mətbəxdə və qonşu mətbəxlərdə bu yeməyin bənzəri var. Ancaq bunlar hamısı bənzərdi…

Piti eyni zamanda birinci sulu və ikinci əsas yeməkdir. Onun hazırlanması üçün haradasa 6-8 saat vaxt lazımdır, çünki, uzun müddətli hazırlanmanın nəticəsində bu yemək təkrarolunmaz dad və ətri əldə edir.

Pitinin əsas əlamətlərindən biri də odur ki, bu yeməyi gildən hazırlanmış qabda – dobuda bişirirlər. Bir dobu bir adam üçün nəzərdə tutulub. Və ən başlıcası odur ki, dobu nə qədər köhnə olsa onun içində hazırlanan piti o qədər dadlı olur. Əgər dobu təzədirsə, pitini qoymadan öncə qabları yaxşıca qoyun piyi və qaynar su ilə “doydururlar”. Belə hazırlanmış qabda əsl dadlı Şəki pitisi hazırlanır.

Tərkibi:

Sümüksüz qoyun əti: 250 q (əzələ liflərinin olmadığı yumşaq hissələrdən)
Noxud: 100 q
Quyruq: 60 q 
Soğan: 1 baş (kiçik) 
Quru gavalı: 1 ədəd
Duz, istiot, zəfəran, sumaq: zövqə görə 

Hazırlanması:

1. Noxud bir gün əvvəlcədən soyuq suda yumşalmağa qoyulur. 
2. Ət orta ölçüdə doğranılır. 
3. Soğan xırda-xırda doğranılır. 
4. Quyruq piti qabının ağzını tutacaq ölçüdə, çoxda qalın olmamaqla yastı kəsilir. 
5. Piti qabına əvvəcə altdan quru gavalı atılır sonar üzərinə noxud əlavə edilir, daha sonar doğranmış soğan, üzərinə doğranmış ət, ən sonda isə yastı kəsilmiş quyruq səliqə ilə qoyulur.
6. Piti qabının ağzından biraz əskik olana qədər soyuq su əlavə edilir. 
7. İlk qaynamadan sonara ətin kəfi alınır, bundan sonar oçaq tamamən azaldılır və vam odda bişirilir. 
8. Noxudlar yumşalana yaxın duz və zəfəran (əsl zəfəran olması məsləhətdir) əlavə olunur. Noxudlar tam yumşaldıqda piti bişmiş hesab olunur. 
Sumaq və istiot süfrədə əlavə olunur. Nuş olsun!

Bir cavab yazın