Bərdə Rayonu

BƏRDƏ RAYONU

Bərdə rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. 1 yanvar 2011-ci il tarixinə rayon əhalisi 143.9 min nəfərdir. Mərkəzi Bərdə şəhəridir.

Rayon qərbdən Tərtər rayonu, şimaldan Yevlax şəhəri, şimal-şərqdən və şərqdən Ağdaş rayonu və cənub-şərqdən Zərdab rayonu ilə Kür çayı boyunca, cənubdan Ağdam və Ağcabədi rayonları ilə həmsərhəddir.

Təbiəti

İqlimi mülayim isti və quru subtropikdir. Rayon ərazisindən Tərtər və Xaçın, şimal sərhədi boyu isə Kür çayları keçir. Tərtərçay öz mənbəyini Kiçik Qafqazda 3120 m yüksəklikdən götürür. Kür-Araz ovalığının şimal-qərb hissəsində, Qarabağ düzünün mərkəzi ərazilərində yerləşir.  Səthi azmeyilli və dalğalı düzənliklərdən ibarətdir.

Arxeoloji abidələri

Bərdə rayonu ərazisində tapılmış müxtəlif dövrlərə aid gümüş və mis sikkələrdən ibarət Bərdə dəfinələri.

Buradan Makedoniyalı İskəndərin, Selevk, Parfiya, Sasani hökmdarlarının, Roma imperatorlarının dirhəmləri.

Şatırlı kəndinin yaxınlığında Tunc Dövründən Orta Əsrlərədək mövcud olmuş Şortəpə qədim yaşayış yeri.

Ətrafı 3 – 4 m hündürlükdə torpaq sədd ilə əhatələnmişdir. Ərazidən müxtəlif əşyalar, o cümlədən Roma İmperatorları Antoni (m.ə. 83–30), Avqustun (m.ə. 27–14) gümüş dinarları tapılmışdır.

Tarixi-mədəni abidələri

Bərdə şəhərində Bərdə türbəsi memarlıq abidəsi-bürcvari türbə, 1322-ci ildə memar Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani tərəfindən tikilmişdir. Hündürlüyü 12.5 m olan silindrik gövdə, konusvari gümbəzdən ibarətdir. Abidənin bütün səthi, üzərinə firuzəyi kaşı çəkilmiş kərpiclə naxışlanmışdır. Hörgünün kərpic naxışlarında “Allah” sözü mütənasib təkrarlanır. Onun elxanilər sülaləsinin bir nümayəndəsi üçün tikildiyi ehtimal edilir.

Bir cavab yazın