Biləsuvar Rayonu

Biləsuvar Muğan Rayonu

Biləsuvar rayonu Azərbaycanın zəngin tarixi keçmişi olan ərazilərdən biridir. Tarixçi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya imperiyası daxilində qalan hissəsinin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20–40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 7fevral 1992-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdır.

Tədqiqatçı Sabir Nəsiroğlu “Sehrli diyarın sirri” adlı qısaldılmış tarixi monoqrafiyasında və “Həməşəradan gələn səslər” kitabında tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın – bilyər və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, “Atlı əsgərlərin və çaparların keçid yeri” toponimi Biləsuvarın toponiminə uyğun gəlir.

Digər bir versiyaya görə isə ərazi öz adını “belə”, “su”, “var” sözlərinin birləşməsindən almışdır. Yerli əhali də bu versiyaya daha çox üstünlük verir. Fəxr edirəm sənlə doğma diyarim Biləsuvar

Azərbaycan Respublikasının Biləsuvar rayonunun inzibati mərkəzi. Biləsuvar şəhəri Muğan düzündə, Salyan dəmir yolu stansiyasından 44 kilometr cənub-qərbdə və paytaxt Bakıdan 182 kilometr aralı məsafədə yerləşir.

1966-cı ilə qədər Puşkin qəsəbəsi adlanırdı. Həmin il qəsəbəyə şəhər statusu verildi. 7 fevral 1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə əlaqədar olaraq həm rayon, həm də eyniadlı şəhərin adları dəyişdirilərək tarixi Biləsuvar adı bərpa edilmişdir.

  

Bir cavab yazın