Göyçay Rayonu
Tarixi
“Göyçay” əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır. Bəzi tarixi mənbələrə görə rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşmışdır. Göyçay inzibati ərazi vahidi olaraq birinci Rusiya işğalı dövründə ( 1801-1920) Bakı quberniyasının qərbində yerləşən, quberniya ərazisinin çox böyük hıssəsini əhatə edən və quberniyaya daxil edilən, iki məntəqə, 62 kənd icmasından ibarət olan qəza mərkəzi idi. XIX əsrin 50-ci illərində Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və bununla da yaşayış məntəqəsi genişlənməyə başlanmışdır. Çar hökumətinin Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. 1918-ci ildə burada türk və erməni qoşunları arasında Göyçay döyüşü baş vermişdir. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar1930-cu il 8 avqustGöyçay rayonu təşkil edilmişdir. Göyçay şəhərinin inkişafı da təxminən XX əsrin 30-cu illərindən başlamışdır.
Coğrafi mövqeyi
Göyçay Azərbaycan Respublikasının tərkibində inzibati rayon-dur. Rayon respublikamızın mərkəzində Şirvan düzünün şimal hissəsində, Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşir. Ryon ərazisi 40°20′ ilə 40°50′ şimal enlikəri və 47°40′ ilə 48°10′ şərq uzunluqları arasında yerləşir. Göyçay rayonun ərazisi 755,3 km²-dir. Əhalisinin sayı 118271 nəfərdir. (01.01.2017), o cümlədən şəhər əhalisi 32%, kənd əhalisi 68%-dir. İnzibati mərkəzi Göycay şəhəridir ( əhalisi 36,2 min nəfər -2013). Ryon ərazisi şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 42 km məsafədə uzanır. Ryonun mərkəzi Göycay şəhəri Bakı-Qazax magistral yolunun 215 kilometirliyində, Ucar dəmir yol stansiyasının 17,5 km məsafəsindədir. Göyçay rayonu Kür –Araz ovalığında, Aran iqtisadi rayonu tərkibində olmaqla, şimal-qərbdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş inzibati rayonları ilə həmsərhəddir. Rayonda 1 şəhər, 25 kənd ərazi dairəsi, 55 kənd yaşayış məntəqələri vardır. Əhalinin orta sıxlığı 157 nəfər/ km². Rayonun ən iri yaşayış məntəqələri Göycay şəhəri, Bığır, Ləkçılpaq, Qaraməryəm, Çərəkə, Çaxırlı, İncə və Qarabaqqal kəndləridir.