Mingəçevir Şəhəri
Mingəçevir ərazisi yaşayış məntəqəsi kimi çox-çox qədimdir. 5 min il bundan əvvəl Mingəçevirdə kiçik şəhər kimi qaynar həyat mövcud olmuşdur. Yerli əhali əkinçilik, sənətkarlıq, balıqçılıq, atçılıq və s. sahələrlə məşğul olaraq özlərinin maddi və mənəvi aləmini yaratmışlar. Sonra gələn minilliklərdə, xüsusilə antik dövrdə də ulularımız özlərinin alban tarixi və mədəniyyətini, ədəbiyyatını yaratmışlar. Bu baxımdan Mingəçevirdə tapılan maddi-mədəniyyət qalıqlarından alban yazıları və kitabə (Mingəçevir – Sudağılan epitafiyası) böyük əhəmiyyət daşıyır. İlk dəfə burada 1871-ci ildə həvəskar arxeoloq F.S.Bayer tərəfindən səthi tədqiqat işləri aparılmışdır. O, Mingəçeviri dirəklər üzərində qurulmuş şəhər kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmamışdır. Yalnız 1935-ci ildə professor Y.A.Paxomovun rəhbərliyi altında qazıntılara başlanmış, iki qədim yaşayış məskəni və müxtəlif qəbir növləri aşkar edilmişdir.
Mingəçevir ərazisinin sistemli və planlı tədqiqi Böyük Vətən Müharibəsindən sonra burada Su-elektrik stansiyasının tikintisi ilə əlaqədar Respublika EA-nın Rəyasət heyətinin qərarı ilə 1946-53-cü illərdə mərhum tarixçi alim S.M.Qazıyevin rəhbərliyi altında Boz dağ silsiləsinin cənubunda, Kür çayının hər iki sahilində aparılmış və daha 2 yaşayış yeri və 4 böyük qəbristanlıq aşkar edilmişdir ki, bu da cənubi Qafqazda ən iri arxeloji kompleksdir.
Hotel: River Side Otel Mingəçevir
Şəhərdə aparılan qazıntılar
Arxeloji qazıntılar zamanı eneolit dövründən başlayaraq ayrı-ayrı tarixi dövrləri özündə ardıcıl əks etdirən 20mindən artıq, maddi-mədəniyyət nümunələri tapılmışdır. Bunların arasında torpaq, kurqan, katakomba və küp qəbirləri, istehsal vasitələri, məişət və bəzək əşyaları, pul sikkələri, tuncdan düzəldilmiş müxtəlif silah növləri, ticarət mübadiləsi yolu ilə uzaq ölkələrdən gətirilmiş məlumatlar və.s olmuşdur. Mingəçevir şəhər kimi orta əsrlərdə daha da inkişaf etmişdir. XVII-əsr türk səyyahı Övliya Çələbi “Səyəhatnamə”sində Mingəçevir haqqında məlumat verərkən, onu Kür çayının sağ sahilində Boz dağın yaxınlığında yerləşən böyük yaşayış məntəqəsi kimi adını çəkir və burada ipək istehsal edən emalatxanalar, sənətkarlıq məhəllələri, mədrəsə və məscidlərin olduğundan xəbər verir. Mingəçevir Alban dövlətinin inkişaf etdiyi dövrlərdə ən mədəni bir mərkəz kimi tanınmışdır. Alban hökmdarı Arsvahanın və yerli nüfuzlu ruhani Beniaminin təşəbbüsü ilə “Alban əlifbası tərtib edildikdən, ölkədə məktəblər açıldıqdan sonra” Mingəçevir daha da inkişaf etmişdir.
Şəhərin Görməli Yerləri
Heydər Əliyev Parkı
Şəhərin mərkəzi yerlərindən biri sayılan bu park, müxtəlif dövrlərdə müxtəlif yollarla təmir edilmiş və son şəklini almışdır. Burada bol yaşıllıqlar və çiçəklər arasında istirahət edəcə biləcəksiniz. Parka girdiyiniz an, izzəti ilə sizi cəlb edəcəkdir.
Tarix Muzeyi
Şəhər qurulduqda Arxeologiya qazıntıları aparıldı və bu torpağın qədim tarixinə dair dəlillər tapıldı. Keçmişdə burada bir şəhər olduğu müəyyən edilmişdir
Kür çayının kənarı
Bu çayın tərəfi gecə ulduzların altında istirahət etmək, çay kənarındakı otellərin qonaqlıqlarında əylənmək və ya sahildə parkda sevdiyiniz insanlarla gəzmək üçün əla seçimdir. Kür çayının kənarı iki tərəflidir. Bir tərəfdə lüks otellər və restoranlar, digər tərəfdə hamının istirahət edə biləcəyi bir park var. İstədiyiniz zaman gəmi ilə Kür çayına da ekskursiya edə bilərsiniz.