Nabran Qəsəbə
Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Nabran Azərbaycanın Xaçmaz rayonunda, Rusiya-Azərbaycan sərhədinin yaxınlığında yerləşən, məşhur kurort və istirahət mərkəzidir. Əhalisi 1,313 nəfərdir. İstirahət mərkəzi Nabran, Dalğalı, Turist, Meşəli, Günəşli, Samurçay və Şimal kəndlərindən ibarətdir. Nabran, Xaçmaz Rayonunun ən böyük istirahət mərkəzidir.Azərbaycanın paytaxtı Bakıdan 3 saatlıq məsafədə yerləşən Nabran Xəzər dənizi sahilində subtropik meşələrlə əhatələnir. Nabran bir neçə kilometr ərazini əhatə edən yaşayış qəsəbəsidir. Evlər, oteller, əyləncə obyektləri və restoranlar istirahət mərkəzinin sol tərəfində, 30 kilometrlik sahil boyunca uzanan çimərlik isə yolun sağ tərəfindədir.
Coğrafiyası və iqlimi
Nabran qəsəbəsi Xəzər dənizi sahilində, Xudat şəhərinin yaxınlığında yerləşir.
Ekoloji vəziyyət
Nabran qəsəbəsindəki meşə massivlərində qırılan ağacların yerində 100-ə yaxın qanunsuz tikililər inşa olunub. Həmin tikililərin əksəriyyəti isə turizm obyektlərinə aiddir və bu obyektlərin tikintisi heç bir plan olmadan həyata keçirilib. Bundan başqa, son bir neçə ildə qəsəbədə tikilmiş 20-yə yaxın turist bazası heç bir təmizləmə işi aparmadan tullantı sularını dənizə axıdır.
Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə.Nabran Azərbaycanın Xaçmaz rayonunda, Rusiya-Azərbaycan sərhədinin yaxınlığında yerləşən, məşhur kurort və istirahət mərkəzidir. Əhalisi 1,313 nəfərdir. İstirahət mərkəzi Nabran, Dalğalı, Turist, Meşəli, Günəşli, Samurçay və Şimal kəndlərindən ibarətdir. Nabran, Xaçmaz Rayonunun ən böyük istirahət mərkəzidir.Azərbaycanın paytaxtı Bakıdan 3 saatlıq məsafədə yerləşən Nabran Xəzər dənizi sahilində subtropik meşələrlə əhatələnir. Nabran bir neçə kilometr ərazini əhatə edən yaşayış qəsəbəsidir. Evlər, oteller, əyləncə obyektləri və restoranlar istirahət mərkəzinin sol tərəfində, 30 kilometrlik sahil boyunca uzanan çimərlik isə yolun sağ tərəfindədir.