Naftalan Şəhəri

Naftalan

Şəhər haqqında

Naftalan şəhərinə 28 aprel 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Respublika tabeli şəhər statusu verilmişdir. Həmin dövrədək Naftalan şəhəri Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir. Şəhərin əhalisinin ümumi sayı 01 yanvar 2015-ci il tarixə 9737 nəfər olmuşdur. Ərazisi 3572.63 hektardır. Naftalan şəhəri ilə Bakı şəhəri arasındakı məsafə 320 kilometrdir. Naftalan şəhəri 1 şəhər və 2 kənddən (Qaşaltı və Qasımbəyli) ibarətdir.  Naftalan şəhərinin iqtisadiyyatının əsasını Sanatoriya – Kurort infrastrukturu təşkil edir. Naftalan kurortu 1933-cü ildən fəaliyyət göstərmişdir. Həmçinin 1938-ci ildə Azərbaycan Elmi-tədqiqat tibbi bərpa və təbii amillərlə müalicə institunda Naftalan eksperimental laboratoriyası yaradılmışdır.  Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır. Eləcə də, 1965-ci ildə Naftalan şəhərində Elmi-tədqiqat laboratoriyası yaradılmışdır. Azərbaycanda Naftalan neftinin tərkibinin öyrənilməsində akademik Y.Q. Məmmədəliyevin, professorlar T.H.Paşayevin, S.Ə.Quliyevanın və Tibb Elmlər doktoru T.H.Hüseynovun böyük xidmətləri olmuşdur. Naftalan Kurortunun əsas inkişafı 1970-1990-cı illərdə olmuşdur. O dövrdə Azərbaycan SSR-ə rəhbərlik etmiş və sonra SSR-i Nazirlər Sovetində yüksək vəzifədə işləmiş ümummilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə Naftalan Kurortu daha da inkişaf etmiş və böyük şöhrət qazanmışdır. Hətta 19 fevral 1982-ci ildə Azərbaycan KP.MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının “Naftalan Kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında” birgə qərarı olmuşdur.

Hotel: Karvan Hotel

Hotel: Suncity Naftalan Hotel

Hotel: Qaşaltı Hotel

 

 

Naftalan müalicəvi nefti

Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə də Naftalan şəhəri onun daim diqqət mərkəzində olmuş, Naftalan şəhərini müasir tələblərə uyğun inkişafı və dünya səviyyəli unikal bir şəhərə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görmüşdür. Bunun nəticəsidir ki, son illər Naftalan şəhərində sahibkarlıq sahəsi geniş inkişaf etdirilərək yeni kurort müalicəxanaları yaradılmışdır. Bu məqsədlə şəhərdə müxtəlif iş adamları tərəfindən inşa olunmuş “Chinar hotel & spa Naftalan”, “Qarabağ”, “Gözəl Naftalan”, “Şəfa vannaları”, “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”, “Möcüzəli Naftalan” və “Qaşaltı” kimi müasir tələblərə cavab verən istirahət və sağlamlıq mərkəziləri fəaliyyət göstərir. Həmin müəssisələrdə müraciət edən vətəndaşların lazımi qaydada müalicə olunması üçün bütün şərait vardır. Sanatoriyalarda vanna bölmələri, fizioterapiya bölmələri, diaqnostika bölmələri, idman zalları, istirahət guşələri və digər bölmələr fəaliyyət göstərir. Qeyd edilən müəssisələrdə 700-dən artıq daimi iş yerləri yaradılmışdır. 

 

“Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar şəhərdə 25 çarpayılıq Əlillərin Bərpa Mərkəzinin, Maliyyə şöbəsinin, Qaz idarəsinin, Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsinin, Su-Kanal idarəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin yeni inzibati binaları tikilmiş və şəhər Mərkəzi Xəstəxanasında, şəhərin 01 və 02 saylı orta məktəblərində, Qaşaltı Qaraqoyunlu kənd orta məktəbində, şəhər futbol meydançasında və Heydər Əliyev parkında əsaslı təmir işləri aparılmışdır.

 

Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qara ciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır. Naftalan yağı – bəşəriyyət tarixindəki ən unikal tibbi kəşflərdən biri. Bu mayenin xarakterik bir tünd qəhvəyi rəng və xüsusi bir qoxu olan qalın bir tutarlılığı var. İnsan hormonlarının, ən fermentlərin və bədənimizdəki fizioloji aktiv maddələrin əvəzolunmaz elementləri olan naften karbohidrogen və siklopentan-pernidrofenantren skeletinin aktiv agentinə əsaslanırdı . Buna görə naftalan bir neçə əsas təsir göstərir:

  1. Ağrı kəsici;
  2. antiinflamatuar;
  3. vazodilatator;
  4. anti allergenik ;
  5. metabolik prosesi aktivləşdirmək;
  6. stimullaşdırıcı spermatogenez;
  7. yumurtlama və ovogenezi sürətləndirir.

Buna görə dünyanın hər yerindən gələn həkimlər Azərbaycanın Naftalan balneoloji kurortunda müalicə təyin edirlər. 
”Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosia-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhərimizin bütün infirastrukturlarının inkişafına diqqət artırılmışdır.  Şəhər ərazisində yerləşən yaşayış binalarının həyətində əhalinin asudə vaxtının səmərəli keçməsi üçün istirahət guşələri yaradılmışdır. Hazırda şəhərin küçə və binaətrafı sahələrində abadlıq-quruculuq işləri tamamlanmaq üzrədir.

 

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-8824921    Sosial şəbəkədə ünvanlarımız:    

Bir cavab yazın