Ordubad Şəhəri

Ordubad Şəhəri

Azərbaycan Respublikasının Ordubad rayonunun inzibati mərkəzi. Respublika tabeli şəhər.

Coğrafiyası

Ordubad şəhəri şimaldan Aşağı Əndəmic kəndi ilə, şərqdən Kotam kəndi ilə, cənubdan Araz çayı ilə, qərbdən isə Dəstə kəndi ilə həmsərhəddir.

Tarixi

Elxanilər dövründə salınmışdır, adı “ordu şəhəri” mənasına gəlir. Həmdullah Qəzvininin verdiyi məlumata görə Ordubad Naxçıvan tüməninin 5 şəhərindən biri idi. Üzüm, qarğıdalı və pambıq yetişdirilirdi. Suvarma sistemi Qapıcıq dağından çəkilmişdi. Naxçıvan xanlığı dövründə Azad mahalının mərkəzi kimi fəaliyyət göstərirdi.

Əhalisi

1829-cu ilin may ayına olan məlumata əsasən şəhərdə 635 evdə hər iki cinsdən toplam 3444 nəfər əhali yaşayırdı. Onlardan 3,262 nəfərini yerli tatarlar, 182 nəfərini isə Qacar şahənşahlığından köçürülmüş ermənilər təşkil edirdi. Şəhərdəki 635 evdən 611-i tatarlara, 1-i ermənilərə, 23-ü isə dövlətə aid idi. Şəhərdə 1 bazar, 6 böyük məscid, 6 karvansaray, Ordubad çayı üzərində tikilmiş daşdan körpü var idi.Əsas məsciddə müsəlman məktəbi yerləşirdi.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Ordubad şəhərinin 10,3 min nəfər əhalisi vardır.

Bir cavab yazın