Qax Rayonu

Qax Rayonu

Sərhədləri

Yaşayış məskəni kimi Qaxın adına ilk dəfə Moisey Kalankatlı nın “Albaniya tarixi” əsərində rast gəlinir. IV əsrə aid hadisələrdən bəhs edən tarixçi Haku (Qax) adlı yaşayış məskəninin adını qeyd edir. Rayonun ərazisi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Rayon şimal-şərqdən Dağıstan Respublikası, qərbdən Gürcüstan Respublikası , şimalda Zaqatala rayonu , cənubda Şəki şəhəri, cənub-qərbdən isə Yevlax və Samux rayonu ilə həmsərhəddir.

Hotel: El Resort Otel

Ümumi məlumat

Azərbaycanın mühüm aqrar-sənaye rayonlarından biridir. Əsasən qərzəkli meyvələr (fındıq, şabalıd, qoz) rayonu kimi tanınır. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaqlar, meşələr, alp və subalp çəmənləri, qış otlaqları əkinçiliyin və heyvandarlığın inkişafını təmin edir. Dağlara yağan güclü yağışlar və qarın əriməsi nəticəsində də tez-tez çaylar daşır və sel hadisəsi baş verir. Bu əkin sahələrinə, bəzən isə yaşayış məntəqələrinə ziyan vurur. Rayon respublikanın mühüm meşə sərvəti regionlarındandır. Palıd, vələs, qarağac, qoz, şabalıd, müxtəlif cür meyvə ağacları, dərman bitkiləri, qonur ayı, dağ keçisi, qaban, müxtəlif quşlar buradakı meşələrin zəngin sərvətləridir. Bu zənginliyi qorumaq və artırmaq məqsədilə İlisu dövlət təbiət qoruğu yaradılmışdır. Qoruq ərazisinin əksər hissəsi Ağçay kəndinə düşür.

Təbii sərvətləri

İnzibati rayon mineral xammal sərvətləri, tikinti materialları, iqlim ehtiyatları və bulaqlarla zəngindir. Tikinti materialları içərisində ən geniş yayılanı tikinti üçün yararlı olan çınqıl, qum və gil ehtiyatlarıdır. Bu materiallar çay dərələrində, xüsusən Kürmük çayının və onun qollarının dərələrində geniş yayılmışdır. Çınqıl-qum qarışığının əsas ehtiyatları isə çayların gətirmə konuslarında cəmləşmişdir. Bu ehtiyatların bazasında çınqıl və qum istehsalı müəssisələri yaratmaq mümkündür. Ərazidə kərpic və keramit istehsalı üçün yararlı gil yataqları mövcuddur. Ərazisində həmçinin mişar daşı, əhəng, sement istehsalı üçün də yararlı mineral xammalı ehtiyatları mövcuddur. İnzibati rayon ərazisində yalnız iki gil yatağının Qax və Kürmükçayın ehtiyatları hesablanmışdır.

Qax Rayonu

Şirin su ehtiyatları

Qax yatağı Qax şəhərindən 1,5 km şimal-qərbdə yerləşir. Onun ehtiyatı 35 min kub. m-dir. Kürmükçay yatağı isə şəhərdən 2,5 km cənub-şərqdə yerləşir. Ehtiyatı isə 116 min kub. m hesablanmışdır. Qax rayonunun su ehtiyatları Böyük Qafqazın su ehtiyatlarının (3873 kub km) 13 faizini təşkil edir. İnzibati rayonu su ilə təmin etmək məqsədilə müxtəlif mənbələrdən saniyədə 100 min kub  su götürülür, bunun da 99 min kub metrini çay, 1 min kub metrini  yeraltı sular təşkil edir. Götürülən suyun 63 min kub metri suvarmada, 0,40 min kub metri məişətdə, 0,28 min kub metri mövcud istehsalatda, 2 min kub metri kənd təsərrüfatında, yerdə qalan hissəsi isə itkiyə gedir.Digər xammal ehtiyatlarından fərqli olaraq rayon ərazisində böyük müalicə əhəmiyyətə malik mineral bulaqlar qeydə alınmışdır. Bunlardan Oğlan bulaq, Qız bulaq və Hamam bulaq daha məşhurdur. Bunların içərisində yalnız Suskənd kəndi yaxınlığındakı bulaqdan daha geniş istifadə olunur. Onun əsasında sanatoriya fəaliyyət göstərir və içməli “Qax” suyu istehsal olunur.

İqlimi

Rayon mərkəzində iqlim isti, rütubətli subtropik, dağlıq ərazidə (əsasən İlisu kəndində) isə soyuqdur. Ərazidə ümumi radiasiyanın illik miqdarı 120-145 kkal/sm2, radiasiya balansının illik miqdarı isə 25-50 kkal/ kv.sm arasında dəyişir. Havanın orta illik temperaturu 0-12°-dir. İlin ən isti ayında bəzən havanın mütləq maksimum temperaturu 30-40°-dək qalxır. Orta illik mütləq minimum temperatur isə – 90 ilə – 200 arasında dəyişir. Havanın mütləq minimum temperaturu ilin son ayında 16°-dən –30°-dək aşağı düşür. Orta illik nisbi rütubət 70% qeydə alınmışdır. Yağıntının illik miqdarı 500-1600 mm-dir. Səth örtüyündən 400-1100 mm mümkün buxarlanma qeydə alınmışdır. Küləyin orta illik sürəti 1,8 m/san-dir. Güjlü küləkli günlərin sayı (15 m/san-dən çox) 9 gündən çox olmur. Ağ yelli günlərin miqdarı 10-15-dir. Qarla örtülü günlərin miqdarı 10-16-ya çatır. Dolu düşən günlərin miqdarı 1-5-dir.

Coğrafi relyefi

Meşələrin ümumi sahəsi 43,7 min hektar olub, qiymətli ağac növlərindən, müxtəlif meyvə ağaclardan və kollarından ibarətdir. Həyətyanı sahələr 2,3 min hektar, sair torpaqlar 37,7 min hektar olub, ümumi rayon ərazisinin 25 faizini təşkil edir. Qax rayonunda meşə sahəsini 26848 hektar ətraf mühiti mühafizə edən qoruyucu kateqoriyasına aiddir. İlisu kəndi ətrafında yerləşən rekreasiya meşələri 300 hektar sahəni təşkil edir. Bakı-Zaqatala və Şəki-Zaqatala yolları və dəmir yolu boyu qoruyucu meşə zolaqları isə 865 hektar təşkil edir. Qanıx çayı boyu 764 hektar meşə sahəsi qiymətli ov balıqlarının kürüləmə yerlərini qoruyan qadağan edilən meşə zolağına aid edilmişdir. Daşüz və Axarbaxar silsiləsinin sıx parçalanmış yamaclarında 4867 hektar saqqız və ardıc ağacları xüsusi qiymətli meşə massivinə aid edilmişdir.

Milli mətbəxi

Qax öz mətbəxi ilə də sevilir.Belə ki, onun sürhüllü, xingili, qırs (ala qırsı,ət qırsı,çürümtək qırsı) kimi ləziz təamları vardır. Qaxın bu 3 milli xörəyinin hamısı xəmir əsaslı olsa da,dadları tamam fərqlidir.Yeməyin yanındakı əlavələr çətin həzm olunmanın qarşısını alır. Əsasən, Qaxın mərkəzində, Ağçay, Sarıbaş, İlisu kəndlərində daha dadlı, spesifik sürhüllü, xingili, qırs yeyə bilərsiniz. Reseptləri təqdim etmək yersiz olardı, çünki xəmirin bükülmə, çəkilmə, hətta yoğrulma qaydalarını gözlə görmək gərəkdir. Ən əsası, bəzi yeməkləri sadəcə dadmaq lazımdır. Rayona bir dəfə gəlib bu təamları yeyən turist ikinci dəfə də gəlməyi arzu edəcəkdi.

İqtisadiyyatı və sənayesi

Rayon iqtisadiyyatının əsasını bitkiçilik (xüsusilə tütün və taxılçılıq üzrə ixtisaslaşmışdır), heyvandarlıq məhsullarının istehsalı təşkil edir.

Yeyinti sənayesi bağçılıq, tütünçülük və heyvandarlıq məhsullarının emalına əsaslanır. Qax meyvə-tərəvəz konservi zavodları yeyinti sənayesinin əsas müəssisələridir. Burada istehsal olunan məhsullarının xeyli hissəsi başqa rayonlara göndərilir. Yağ-pendir, çörəkbişirmə, spirtli içkilər, şərq şirniyyatı məhsulları istehsal edən kiçik müəssisələr də fəaliyyət göstərir. Onların məhsulları əsasən yerli tələbatı ödəyir.
İqtisadi rayon bir sıra faydalı qazıntılarla zəngindir: kükürd, polimetal filizi. Dağlıq və dağətəyi yerlərdə, əsasən də çayların gətirmə konuslarında bol çınqıl, qum, gil və başqa tikinti materialları xammalı vardır.

Bir cavab yazın