Qazax Rayonu

Qazax Rayonu

Qazax rayonu vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar “Kasak” (Kasaq) kimi ərəb tarixзisi əl – Kufi (IX əsr) də məlumat vermiєdir. Toponim özündə qıpçaq mənşəli “qazax” etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI-XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118-1120–ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Turkdilli əhali sayca çoxluq təєkil etdiyi ucun Şərqi Gürcüstan XI-XIII-cu əsr gürcü mənbələrində Didi Turkoba (Boyuk turk obası) adlanırdı. Görünür, həmin türkdilli qıpçaqların əksəriyyəti qazaxlar olmuşlar. Bunu Azərbaycanın şimalında və Gürcüstan, Ermənistan ərazilərində yayılmış qazax etnik birliyinə aid etnotoponimlər də sübut edir. XV əsrin sonlarında Qazax sultanlığı yaradılmışdır. Səfəvilər dövründə Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi. Qazax  hakimləri sultan titulu daşıyırdılar və irsi hakimiyyətə malik idilər. Qazax sultanlığına 3 nəsil rəhbərlik etmişdir.  1-ci nəslə “Qazaxlı” və ya “Alqazaxlı” deyilən Şıxlinskilər aiddir. Qazax rayonunda dünya, ölkə və yerli əhəmiyyətli 112 tarixi abidə var. Onlardan 54-ü arxeoloji, 46-sı memarlıq, 7-si monumental-tarixi abidə, 5-i dekorativ-tətbiqi incəsənt abidəsidir. Qazaxda 112 abidə var.

 

Bunlar – Damcılı mağara düşərgəsi,(Paleolit dövrü)Alban məbədi(6-cı əsr),Qırmızı kürpü(12-ci əsr) və s. Qazax rayonu Azərbaycanın şimal-qərbində yerləşir. Gürcüstan Respublikası ilə 9 km, Ermənistan Respublikası ilə isə 168 km məsafədə həmsərhəddir.

Ekoloji vəziyyət

Ərazisi – 701 km²-dir.Mülayim qış və isti yay. Orta aylıq temperatur yanvarda 0-6°С, iyunda 18-25°С. Qış quraq keçir. İllik yağıntı 350-700 mm-dir.Ən hündür yüksəkliyi “Odun” dağıdır (1316 metr). Səthi əsasən dağlıqdır. Cənub hissəsi dağlıqdır və dəniz səviyyəsindən 600-1200 metr yüksəklikdə yerləşir. Şimalda Qarayazı meşəsi və Ceyrançöl düzənliyi yerləşir. Məşhur “Göyəzən”, “Avey” dağları, “Damcılı” bulağı bu rayonun ərazisindədir. Göyəzən dağı öz gözəlliyinə görə Amerika qitəsində yerləşən “Mon-Pele” dağından sonra dünyada ikinci yerdədir. Rayonda Babaqar silsiləsinin şərq sonluğu olan Babaqar dağı yerləşir. Rayonun mərkəzi hissəsindən Ağstafa çayı keçir, şimal-qərbdən İncəsu, Ehram (Anaxatır və ya xram), qərbdən Coğaz və şimal sərhəddi boyunca Kür çayları axır. Kür çayı sahilində dəniz səviyyəsindən hündürlük 100 metr olmaqla cənuba getdikcə tədricən 1000 metrə qədər yüksəlir. Rayonda Coğazçay, Ağstafaçay və Abbasbəyli su anbarları və Candargöl (Ağgöl) gölü yerləşir.Mağara-düşərgə Qazax rayonunun Daş Salahlı kəndindən Anaxatır çayına qədər uzanan Aveydağın Cənub-Şərqində,əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi -dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Daş məmulatı 8000-dən çox olub 550-dən çoxu alət, qalanı isə qəlpədir. Mağaradan ocaq külləri, kömür qırıntıları, müxtəlif heyvan sümükləri aşkar edilib. Tapıntılar içərisində tünd qırmızı təbii boyalara da təsadüf edilir. Daş məmulatının hazırlanma texnikası, forması və müqayisəsinə görə Orta Paleolit dövrü, Üst Paleolit dövrü, Mezolit dövrü və Neolit dövrünə aiddir.

Gürcüstan ilə Qazax rayonu arasında Aveydağ yerləşir və C.Rüstəmovun arxeoloji axtarışları nəticəsində məlum olmuşdur ki, burada alban xristian məbədinin qalıqları vardır. Strabonun məlumatına görə, albanlar daha çox Aya sitayiş etmiş və İberiya sərhədində onların məbədi olmuşdur. Xristian məbədləri adətən əvvəlki bütpərəst məbədlərinin yerində yaradılırdı. “Aveydağ” sözünün özü də təxmin etməyə imkan verir ki, albanların Ay məbədi burada imiş.Qazax rayonu Azərbaycanın şimal-qərbində, Gəncə-Qazax iqtisadi regionunda, Kür çökəkliyi fiziki-coğrafi vilayətində, kiçik Qafqazın dağ silsiləsinin yamaclarından başlayaraq kür çayının sağ sahili boyunca uzanan geniş Gəncə-Qazax düzənliyinin qərb hissəsində, Kür çayının qırağında yerləşir. Ərazisinin sahəsi 699 kilometr kvadrat, əhalisinin sayı 94 710 nəfərdir (2016). Şimal- qərbdən Gürcüstan Respublikası ilə 9 km, qərbdən və cənubdan Ermənistan Respublikası ilə 168 km məsafədə həmsərhəddir. Azərbaycanın ən qərbində yerləşən rayondur. Rayonun ərazisi şərqdən Ağstafa rayonuyla, Şimaldan kür çayıyla və kür çayı vasitəsilə Ağstafa rayonu ilə, şimal-qərbdən Gürcüstanın Sarvan (Marneuli) və Qarayazı (Qardabani) rayonlarıyla, qərbdən Ermənistanın Barana (Noyemberyan), cənubdan Karvansaray (İcevan) və cənub-şərqdən Şəmşəddin (Berd) rayonuyla qonşudur.Qazax rayonunda “Avey” Dövlət Qoruğu fəaliyyət göstərir. Qoruq 1989-cu ildə yaradılmışdır. Qoruğun ərazisində elmi-tədqiqat işləri aparmaq üçün Əskipara, Göyəzən və Damcılı filialları yaradılmışdır. Qoruq əsasən tarix, mədəniyyət, memarlıq, etnoqrafiya, bədii və digər folklorşünaslıqla məşğuldur. Qoruğun ərazisində yüzlərlə tarix və mədəniyyət abidələri vardır. Onlar Qoruğun əsas mülkiyyəti hesab olunur. Bu abidələrdən 15-i memarlıq, 36-ı arxeoloji və 5-i dekorativ tətbiqi sənət nümunələridir. Qoruq rayonun müxtəlif qədim tarixi dövrlərə aid olan arxeoloji və memarlıq abidələrini, etnoqrafiya materiallarını tədqiq edib öyrənir.

Bir cavab yazın