Şamaxı Rayonu

Şamaxı Rayonu

Şamaxı Qafqaz dağlarının cənub-şərq ətəklərində, dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Şərqdən Pirsaat çayı, şimal və şimal-qərbdən Pirdirəyi və Qız qalası dağları, qərbdən Xınıslı kəndi, Meysəri dağı, cənubdan Zogalavay çayı ilə əhatə olunur. Bakı-Qazax avtomagistralının Bakıdan qərbə 122-ci kilometrində yerləşir. Ən yaxın dəmiryol stansiyası rayon ərazisində olan Çöl Göylər dəmiryol stansiyası şəhərdən təqribən 25 km cənub qərbdədir.

Şamaxı torpaqlarının təbii şəraiti lap qədim vaxtlardan insanlar valeh edirdi. Bu rayonun ecazkar təbiəti, mülayim iqlimi, minqeral bulaqları ona xüsusi gözəllik bəxş edir. Burada havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynundakı palıd, fıstıq və vələs meşələri, göz oxşayan yaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər burada ecazkar bir mənzərə yaradır. Şamaxı rayonun ərazisində 50-dən çox növdə dərman bitkiləri yetişir.

Hotel: Shamakhi Palace Sharadil

Şamaxi Meşələri

Meşələrin ən zəngin təbiəti burada heyvanların və quşların yaşaması üçün çox əlverişlidir. Şamaxının heyvanat aləmində cüyürlər, qabanlar, ayılar və çöl pişikləri üstünlük təşkil edir. Dağlıq ərazidə yayda azacıq isti, qışda isə mülayim iqlim şərati müşahidə olunur. Burada ildə 40-80 gün qar yağır. Qarın orta qaranlığı 30-50 sm-dir.

Bu diyar yayda, qışda da turizm həvəskarlarını və istirahət edənləri cəlb edir. Bakılı alpinistlərin çox xoşladıqları Babadağ zirvəsi də Şamaxı rayonun ərazisindədir. Qaraçay, Vələvliçay və Girdmançay öz mənbəyini Babadağdan götürür.

Bir cavab yazın