Tovuz rayonu

Tovuz rayonu

Qədim insan məskənlərindən olan Tovuzun ərazisində zəngin tarixi abidələrə rast gəlinməsi tarixən aborigen tayfa və xalqların nümayəndələrinin yaşadıqları yurd yerlərindən olmasına əyani sübutdur. Zəyəmçay hövzəsində tapılmış 300 min il yaşı olan suxurlar, qədim Hunan şəhərinin qalıqları olduğu söylənilən Torpaqqala abidələri, 8-10 min il tarixə malik Köhnəqala və Göytəpə abidələri və s. bu ərazilərin nə qədər qədim tarixə malik olmasını göstərməkdədir.

Relyefi

Tovuz rayonunun ərazisi relyef xüsusiyyətlərinə görə 4 zonaya: orta dağlıq, alçaq dağlıq, dağətəyi və yüksək dağlıq zonalara ayrılır. Rayonun cənub hissəsi orta və yüksək dağlıq zonada, mərkəz hissəsi alçaq dağlıq və dağətəyi zonada, şimal hissəsi isə dağətəyi düzənlikdə yerləşir. Ərazi 330 m dəniz səviyyəsindən yüksəkdə yerləşir.

İqtisadi xarakteristikası

Tovuz rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Üzümçülük, tərəvəzçilik, quru subtropik meyvəçilik, bostançılıq, bağçılıq, taxılçılıq, heyvandarlıq kənd təsərrüfatının mühüm sahələridir. Rayon üzrə sənaye müəssisələrinin sayı 45 ədəd, onlardan fəaliyyət göstərir 21 ədəd.

Maddi-mədəni irsi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli qərarına əsasən, Tovuz rayonunun ərazisində 64 tarixi-mədəni, arxeoloji abidənin olması təsdiqlənib. Onlardan 18-i ölkə ( 2-si memarlıq, 16-sı arxeoloji), 46-sı yerli (32-si memarlıq, 11-i arxeoloji, 1-i monumental xatirə abidəsi, 2-si dekorativ-tətbiqi sənət nümunəsi) əhəmiyyətli olmaqla dövlət tərəfindən mühafizə edilir.

Ölkə əhəmiyyətli memarlıq abidələrinə -Düzqırıqlı kəndində xıx əsrə aid Hacı Bagır məscidi Yanıqlı kənd məscidini, Kirzan məbədini misal göstərmək olar.

Kirzan kəndindəki XII əsr məbədinin bu gün yalnız qalıqları mövcuddur. Abidənin ətrafında elmi-tədqiqat və konservasiya işlərinin aparılması vacibdir.

Mətbəx

Azərbaycanın hər bölgəsində olduğu kimi, Tovuz rayonunun da özünün spesifik yemək növləri var. Belə yemək növlərinə əsasən, xəmir yeməkləri, dənli bitkilər və qöyərti (pencər), kartof mənşəli yeməklər daxildir. Azərbaycan kulinariyasında məşhur xəmir yeməklərindən biri də “Tovuz xəngəli” adı ilə tanınır.

Tovuz rayonu

Plovun və dolmanın onlarla növü, kababın da elə təxminən bu qədər növü bəllidir. Bunları çox hissəsi tərəvəzlərdən geniş istifadə olunmaqla hazırlanır. Tovuzda qədimlərdən bəri tərəvəzlərdən, göyərtidən, süd və un məhsullarından daha geniş istifadə olunur.

Sulu yeməklər, tərəvəz qızartmaları, müxtəlif növ pilovlar, şirniyyatlar, süd məhsulları Tovuz mətbəxinin əsas təamlarıdır. Tovuzda təkcə kartofdan 10-dan artıq yemək hazırlanır.

Elə yeməklər də var ki, məhz Tovuzda daha çox bişirilir və istifadə edilir. Tovuz xəngəli, sulu xəngəl, fəsəli, qatlama, körəməz, öriştə və əriştəli yeməklər, müxtəlif növ pencərlərdən hazırlanan yeməklər – ispanaq, unnuca, qazayağı, şomu və sair.

Əlüstü yeməklərdən müxtəlif qutabları göstərmək olar. Ən məşhuru göyərti qutabıdır ki, bu da Tovuzda çox sevilir. Bundan başqa kartofdan, noxud və lobyadan hazırlanan qutablar da bişirilir.

 

 

 

Şəhərin Görməli yeerləri

Torpaq qalası

Esrik dərəsi

Ahınca dərəsi

Bir cavab yazın