Xankəndi Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 km aralıda yerləşir. Xankəndi bölgəmizin gənc şəhərlərindən sayılır. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınır.
1752-ci ildə Şuşa şəhərinin əsasını qoymuş Qarabağ xanı Pənahəli xanın oğlu İbrahimxəlil xan özünün yay iqamətgahını inşa etdirərkən, soyuq payız-qış aylarını keçirmək məqsədilə Şuşa dağının ətəyində yerləşən mənzərəli ərazidə tikinti aparılması göstərişini verir. Həmin ərazi İbrahimxəlil xanın adıyla Xankəndi adlandırılır. Sonradan İbrahimxəlil xanın oğlu Mehdiqulu xan ailəsinin və yaxın qohumlarının qış aylarını keçirdiyi Xankəndini sevimli xanımı Pəricahan bəyimə hədiyyə edir.
1991-ci il dekabrın 26-dan 10 noyabr 2020-ci ilədək erməni silahlı qüvvələrinin işğalında idi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xankəndi şəhəri Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.