Xızı rayonu
Azərbayycan Respublikasında inzibati – ərazi vahidi. Rayonun inzibati mərkəzi Xızı şəhəridir. 1990-cı ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılan yeni ərazi-inzibati vahidlərdən biridir. Xızı rayonu ilə Bakı arasında olan məsafə -104 kmdir. Azərbaycanın dağ rayonları arasında Bakıya ən yaxın olan Xızıdır. Buranın iqlimi mülayim, havası qurudur. Rayon ərazisinin xeyli hissəsi meşə ilə örtülmüşdür. Rayon şərqdən Xəzər dənizinə qovuşur.
Xızı rayonun ərazisində təbiətin yaratdığı ən ifadəli abidələrdən biri – ecazkar formalı Beşbarmaq qayası yerləşir. Qədim Karvan yolu üzərində qorxunc bir tərzdə uzadılmış daş əli xatırladan qayanın qeyri-adi cizgilər yolçuları uzaqdan valeh edir. Bu dağın «Beşbarmaq» adlanması da bununla bağlıdır. Bu dağ ilə çoxlu rəvayətlər və əfsanələr bağlıdır. Dağın lap zirvəsində qayalar arasında «Xıdırzində» («Ölməz Xıdır») ziyarətgahı yerləşir. Azərbaycanın ən səfalı güşələrindən biri olan Altıağac Xızı rayonunda yerləşir. Şirvanşahlar dövründə Altıağacdan keçərək Şamaxıdan Qubaya gedən dəvə karvanları üçün burada yol salınmışdır. Altıağac yolçuların və sarvanlarının düşərgə salıb dincəldikləri yer idi.
1920-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı qəzasına aid olan Xızı kəndləri: Altıağac, Ağdərə, Allahyarlı, Baxşılı, Bəyəhmədyurd, Biləsən, Çaharqışlaq, Çərməzar, Darazarat, Düdar, Dəllər, Dizəvər, Ələz, Əmbizlər, Əngilan, Ərisguş, Əlməkolu, Fındığan, Gərmiyan, Gimçi, Gilənova, Gücövrə, Güneyqışlaq, Həmyə, Keş, Keçəllər, Künövşə, Pəmbə, Qars, Qalaşıxı, Qasımkənd, Qululu, Quşçu, Qərban, Qızılqazma, Sadan, Sayaddı, Siyəzən, Şurabad, Şurakənd (Surakat), Şıxlar, Tıxlı, Təkəli, Upa, Vərdəh, Xanəgah, Xızı, Xələnc, Xərgo, Xəndək, Xirək, Xışqədar, Xılmıllı, Xəll, Yarımca, Zarat, Zərgərli, Zöhrabkənd
Rayonda tarixi abidələr çoxdur. Onlardan biri neçəsini qeyd edək.
- VIII əsrin ortalarında ucaldılmış Beşbarmaq qülləsi, Bu qüllənin divarları salamat qalmışdır. Qüllə rayon mərkəzindən 9 km aralıdır.
- Rayon mərkəzlərindən 8 km aralıda yerləşən V əsrə aid itmiş şəhərin qalıqları.
- Rayon mərkəzindən 5 km aralıda yerləşən Əlişrin kəndindəki Şeyx Heydər Türbəsi.
- V əsrə aid Xızı qalasının uçuq hasarın daşlı qalıqları. Bu yerlərə yalnız torpaq yolla getmək olar. Yol boyu heç bir işarə obyekti yoxdur.
- Xələnc kəndindəki XV əsrə aid pir – ziyarətgah. Bu abidə yaxşı qalmışdır. Ziyarətgaha asfalt yol çəkilmişdir.
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: