Kiş Kəndi

Şəki rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kiş çayının sahilində, dağətəyi ərazidədir. Qədim yaşayış məntəqələrindəndir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi “Tat” dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz Sıra dağlarından götürən kəndin kənarından axan eyni adlı çay axır.

Kiş kilsəsi – Şəki rayonunun Kiş kəndi ərazisində yerləşir. Bəzi müəlliflərə görə Qafqazın ilk kilsəsidir. Kilsə İsanın qardaşı Yakov tərəfindən tikimişdir. “Alban ölkəsinin tarixi”nə görə o, xristianlığı yaymaq üçün bir müddət Çola və Uti vilayətində missionerlik etmiş, sonra isə “Giş” adlı kəndə gedərək orada kilsə tikmişdir. Aparılan tədqiqatlara görə bu indiki Şəki rayonunun Kiş kəndidir və həmin səbəbdən də indi kilsə “Müqəddəs Yelisey kilsəsi” adı ilə tanınmaqdadır.

Bölgələrimizə səyahət – Kiş kəndi- FOTOLAR

Şəki rayonunun Kiş kəndində yerləşən bu məbəd əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olmuşdur. Alban apostol kilsəsi Qafqazda, eləcə də bütün xristian dünyasında ən qədim kilsələrdən sayılır. Albaniyada xristianlığın yayılması və ilk kilsənin yaradılması apostolların adı ilə bağlıdır. Alban müəllifi Musa Kalankatuklunun verdiyi məlumatdan aydın olur ki, Albaniyada erkən xristian cəmiyyətinin yaranması apostollar Faddey, Yelisey, Varfolomeyin adları ilə bağlıdır. 

Kiş kəndində dörd qala kompleksi mövcuddur: üçü işarə , biri isə müdafiə xarakterlidir. İşarəverici qalalar “Salayuşağı”məhəlləsində, “Maaflar məhəlləsi”ndə və “Duluzlar məhəlləsi”ndə yerləşir. “Gələsən-Görəsən” qalası (“Gəl – Gör – Get qalası və “mağaralıq ” deyilən yer də, heç şübhəsiz bu ölkədə(Şəkidə) idi. Əmir Teymurun Şəki ölkəsinə hücumlarından bəhs edilərkən, Şəki ölkəsinin o vaxtkı tarixi coğrafiyasına dair də az-çox məlumat verilmişdir. İbn Ərəbşahın “Əcaibül-məqdur fi nəvaib timur” əsərində isə Gəl–Gör–Get qalası və “mağaralıq”dan söhbət gedir ki, heç şübhəsiz, onların da hər ikisi bu ölkədə idi və birincisi Kiş çayının mənbəyi yaxınlığında yerləşən, indi “Gələsən-Görəsən” adı ilə tanınan qaladır!” ,yəni elə həmin ərazidə yerləşən indiki məşhur Gələsən-Görəsən qalası) müdafiə xarakterli olmuşdur. Digər mənbələrdə isə Nadir şahın hücümu zamanı qalanın müdafiyəsini sarsıtmaq mümkün olmadığından Nadir şah əli boş qayıdır. Ondan soruşanda ki, “Nəyə görə qalanı ala bimədin?” Cavabında: “Gələrsən, görərsən!”- demişdir. Həmin qaladan xan sarayına tunel olduğu güman edilir. Qala nadır arxitektura quruluşuna malikdir. Hündürlükdə qayanın üstündə tikilən qalanın, üstündən neçə əsr keçdiyinə baxmayaraq, divarları möhkəm halda qalıb. 

Bir cavab yazın