“Baku Crystal Hall” konsert zalı

Baku Crystal Hall — çoxməqsədli idman-konsert kompleksidir. 5000 m2 ərazini əhatə edən 25 000 nəfərlik kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir.

“Baku Crystal Hall”un əhəmiyyətini artıran önəmli  amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir.

Kompleksin tikintisi Respublika prezidenti İlham Əliyevin sərəncamına əsasən dövlət komitəsi tərəfindən həyata keçirilib. Kompleksin layihəsinin baş dizayneri alman şirkəti “GMP”, arenanın dizayneri isə İsveçrə şirkəti Nüssli International AG-dir.

Stadionun üç hissəsinin tikintisi – arenanın, fasadın və tavan hissənin – eyni zamanda başlanıb. Tikinti 2012-ci il 16 aprel tarixində qurtarıb. Mayın 7-si kompleksin rəsmi açılışı olub və arena 22-26 mayda tarixlərində Avroviziya-2012 mahnı müsabiqəsinin yarımfinalları və finalına ev sahibliyi edib. Crystal Hall-un fasadı müxtəlif effektləri yaratmağa icazə verən çoxsaylı müasir dinamik led lampalarla təchiz edilmişdir. Avroviziya-2012 mahnı müsabiqədəsində hər bir ifaçının səhnəyə çıxışı zamanı bu led lampaların işıqlandırılması iştirakçı ölkənin bayrağının rənglərini canlandırırdı.

Bir cavab yazın