Dağüstü Park

Dağüstü Park

Dağüstü parkın Bakının ən gözəl məkanlarından biri hesab etmək olar. Bakının düz mərkəzində yerləşən, yerli sakinlərin sevimli istirahət yeri olan Dağüstü park uzun illərdir paytaxtın ən gözəl parklarından biri sayılır. Parkın xalq arasında geniş yayılan daha biri adı – Baxış meydançasıdır. Sovet dövründə isə Sergey Kirovun adını daşıyıb. 

Image result for dağüstü parkDağüstü parkı unikal edən cəhət budur ki, onun ərazisindən şəhərə, Bakı buxtasına, buxta boyunca uzanan Dənizkənarı Milli Parka gözəl panoram açılır. Pilləkənlərlə yuxarıya, daha da yuxarıya dırmaşdıqca, sən sanki dağa dırmaşırsan. İnsanın köksü yüksəkliyin təravətli havasıyla dolur, sanki qanadlanırsan və yüksəklikdə uçursan.  Bu da parkın nə üçün Dağüstü adlandırılmasını izah edir. Hələ XX əsrin 30-cu illərində, Bakının baş planı hazırlanarkən məhz həmin fakt əsas götürülüb və nəzərdə tutulub ki, bu yerlərdə yaradılan Dağüstü park paytaxtın ümumi arxitektura kompozisiyasında mühüm rol oynayacaq. 

Dağüstü parkda Azərbaycan İstiqlal Muzeyi və 1990-cı il Qara Yanvar qurbanlarının və Qarabağ müharibəsində həlak olanların uyuduğu Şəhidlər xiyabanı yerləşir.

Bir cavab yazın