Hirkan Milli Parkı

Hirkan Milli Parkı

Milli Parkın yaradılmasında əsas məqsəd həmin ərazidə təbiətin kompleks şəkildə qorunmasıdır. Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş tipik flora və fauna növlərinin qorunub saxlanılması, ətraf mühitin monitorinqinin həyata keçirilməsi, ictimaiyyətin məlumatlandırılması, eləcə də tədqiqatlar, turizm və istirahət üçün şərait yaradır. Hirkan Milli Parkının ərazisi şaquli qurşaq üzrə çox ucalmasa da, şərqdən qərbə dağlara qalxdıqca, meşələrin şaquli qurşaqlar üzrə dəyişdiyini müşahidə etmək olar: milli parkın aşağı hissəsində əsasən, şabalıdyarpaq palıd, dəmirağac və vələsin üstünlük təşkil edir. Hirkan Milli Parkı hirkan tipli meşələrə xas üçüncü dövrə məxsus qiymətli bitki növlərini gələcək nəsillərə çatdırmaq, onun unikal növlərinin və bu tipdə olan meşələrin təbii formada dəyişikliklərinin tədqiq edilməsi baxımından çox önəmlidir. Milli Parkda 450 növ ağac və kol cinslərinin 174-növü mövcuddur və onların da 36-sı endemik növlərdir.
Yaranma tarixi: 9 fevral 2004-ci il

Yerləşməsi: Talış dağları (Astara və Lənkəran rayonları)

Sahəsi: 40,358 ha

Landşaft: Meşə

Rast gəlinən bitki növləri: dəmirağac, şabalıdyarpaq palıd, vələs, fısdıq və s.

Rast gəlinən heyvan növləri: çöl donuzu, porsuq, yenot, canavar, tülkü, qaratoyuq, sığırçın və s.

Qırmızı kitaba daxil olan növlər: Bəbir, qonur ayı, vaşaq, zolaqlı kaftar, qara leylək, cırtdan qartalça, tirəndaz, Talış uzunbığı, Talış məxməri kəpənəyi, Hirkan şümşadı, Hirkan qovağı, Lənkəran gülxətmisi və s.

Bir cavab yazın