İlisu Kəndi
Kənd bir yaşayış məskəni kimi XIII əsrdə salınmışdır. Ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar. Daha sonra həm yerli azərbaycanlıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır. Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır. Toponim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, “isti su” deməkdir. Türk dillərində “ilisu” həm də “yel suyu” mənasında işlənir.
Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmükçay və Ağçayın kəsişdiyi yerdə yerləşir. Eyni zamanda dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasındadır. Kəndin nadir flora və faunaya malikdir. Buna görə də, Azərbaycan hökuməti İlisu dövlət qoruğunun yaradılması haqqında qərar qəbul etmişdir. Sonra qoruğun sahəsi Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə daha da genişləndirilmişdir .Kənd füsunkar təbiətə malik olması və kənd əhalisinin qədim türk-oğuz dialektinə məxsus olması ilə seçilir. Həmdə, 300 ilə yaxın bir dövrü əhatə edən “İlisu soltanlığının” mərkəzi olmuşdur. Eyni zamandaa ən qədim dünyəvi və dini elm-təhsil ocaqları ilə tanınması, bütün dünyaya səpələnmiş alimləri, ictimai-siyasi, mədəniyyət və s. xadimləri ilə çox məşhurdur.