Kərki kəndi

Kərki

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidində kənd.1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

Tarixi

Məlum olduğu kimi, Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni qəsəbə salınıb. Məcburi köçkünlər Yeni Kərki qəsəbəsində məskunlaşıb.1990–1993–cü illərdəki müharibə tarixə Sədərək döyüşləri kimi düşdü. 12–14 km-lik döyüş zolağı olan Sədərəkin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir. Kənd ərazisindəki şəhidlikdə, keçən əsrin əvvəllərində burada gedən döyüşlərdə şəhid düşmüş türk əsgərinin türbəsi var. Yerlilərin müharibə ilə bağlı anlatdıqları hekayələri dinləyərkən insanın damarlarında qanı donur. Bu günədək düşmən mövqeləri ilə iç–içə yaşayır, üz–üzə çalışırlar.

Bir cavab yazın