ADA Universiteti— Azərbaycan Diplomatik Akademiyası adı altında 2006-cı ilin martında Azərbaycan Xarici İşlər Nazirliyininnəzdində qurulan ali təhsil müəssisəsidir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və əsasında ADA Universiteti yaradılmışdlr. Əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaqdır. Akademiyanın əsasını qoyan rektor, Azərbaycan Xarici İşlər Nazirinin müavini və Azərbaycanın ABŞ-dakı sabiq səfiri Hafiz Paşayevdir. 2012-ci ildə Bakı şəhərində “Dədə Qorqud” parkı yaxınlığında yerləşən yeni “Green and Smart” kampusuna köçmüşdür. 2009-cu ildən magistr pilləsi, 2011-cu ildən bakalavr pilləsində ali təhsil verir.
1. İngilis dilində təhsil
ADA universiteti ilk fəaliyyətə başladığı gündən bütün dərsləri ingilis dilində tədris edir. Bəlkə də bir çoxları, bunun niyə vacib olması haqqında heç bir fikirə sahib deyil. Aydınlaşdırmaq üçün belə deyə bilərik ki, ingilis dilində təhsil almanız sizə bir çox beynəlxalq təcrübəsi olan xarici professorla dərs keçmək şansı verir. Bundan əlavə, siz ingilis dilində tədris alarkən əlavə dərs vəsaitlərindən sıxıntı çəkməyəcəksiniz. İndiki dövrdə internet vasitəsilə istənilən mövzuda online kitablar endirə bilər və axtardığınız mövzu ilə bağlı tez bir şəkildə məlumat əldə edə bilərsiniz. Qeyd etmək lazımdır ki, bir çox xarici və yerli şirkətlər öz işləmə prinsiplərini ingilis dilində aparır. Belə ki, siz bu dildə akademik şəkildə öz sahənizə yiyələndikdən sonra iş mühitinə adaptasiyanız da daha rahatlıqla həyata keçəcəkdir.
2. Bakalavr və Magistr proqramları
Bakalavr:
- Beynəlxalq əlaqələr (International Relations)
- İctimai Münasibətlər (Public Affairs)
- Hüquq (Law)
- İqtisadiyyat (Economics)
- Biznesin idarə olunması (Business Administration)
- Komputer Elmləri (Computer Sciences)
- Komputer mühəndisliyi (Computer Engineering)
- İnformasiya Texnologiyaları (Information Technology)
Magistr:
- Diplomatiya və İctimai Əlaqələr (Diplomacy & International Affairs)
- Dövlət İdarəçiliyi (Public Administration)
- Biznesin İdarə olunması (Business Administration)
- Təhsilin idarə olunması (Education Management)