Universitet haqqında
16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin “Bakıda politexnik institutunun yaradılması haqqında” dekreti elan edilib. İllər ərzində müxtəlif adlarla fəaliyyətini davam etdirib. 2015-ci ilin sentyabr ayında dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ali məktəb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti adlandırılıb, onun qarşısında yalnız neft sahəsi üçün deyil, bütövlükdə yerli sənaye sahələri üçün ixtisaslı kadrlar hazırlamaq vəzifəsi qoyulub.Bizim tələbələr savadlı və inkişafa meyllidirlər. Biz onların hər uğurunu dəstəkləyir və bundan məmnunluq duyuruq. Tələbələrimiz üçün həm universitet daxilində həvəsləndirici təhsil şəraitinin yaradılmasını əldə etmək, həm də kənar fəaliyyətlərində faydalı vaxt keçirmələrini təmin etmək məqsədi ilə bütün imkanlarımızla xidmət göstəririk.
Fakültələr
- Geoloji-kəşfiyyat fakültəsi
- Qaz-neft-mədən fakültəsi
- Kimya- texnologiya fakültəsi
- Neft-mexanika fakültəsi
- Energetika-fakültəsi
- İnformasiya texnologiyaları və idarəetmə fakültəsi
- İqtisadiyyat və menecment fakültəsi