Azərbaycanın UNESCO-da təmsil olunan maddi və qeyri-maddi mədəni irsləri

Azərbaycanın UNESKO-da təmsil olunan irsləri:

 

Azərbaycanın üç maddi irs nümunəsi  YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

  1. “İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”27 noyabr – 2 dekabr 2000-ci il tarixində Avstraliyanın Kerns şəhərində keçirilən YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 24-cü sessiyası çərçivəsində Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanda baş verən zəlzələ nəticəsində abidələrə zərər dəymiş və bununla bağlı bir sıra problemlərə görə 4 iyul 2003-cü il tarixində Ümumdünya İrs Komitəsinin 27-ci Sessiyasında İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi YUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə və onun ərazisindəki tarixi-memarlıq abidələrinin qorunub saxlanmasına, mühafizəsinə və inkişafına dövlət qayğısı artırılmış, abidələr kompleksinin xarici təsirlərdən mühafizəsi üzrə uzunmüddətli strategiya çərçivəsində vahid siyasət həyata keçirilmişdir. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində, 22-30 iyun 2009-cu il tarixində İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü Sessiyası çərçivəsində qəbul edilən qərara əsasən, abidənin YUNESKO-nun Təhlükədə olan Ümumdünya İrs Siyahısından çıxarılaraq əvvəlki statusu bərpa edilmişdir.
  2. “Qobustan Qaya Sənəti Mədəni Landşaftı”23 iyun – 2 iyul 2007-ci il tarixində Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən YUNESKO-nun Ümumdünya Mədəni İrs Komitəsinin 31-ci Sessiyası çərçivəsində Ümumdünya İrs Siyahısına daxil edilmişdir.

QEYD: 18-19 dekabr 2013-cü il tarixində Parisdə YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinin 8-ci Sessiyası  çərçivəsində Azərbaycanın hər iki mədəni irs nümunəsinə “gücləndirilmiş mühafizə” statusu verilmişdir.

 

  1. “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”30 iyun-10 iyul 2019-cu il tarixində Bakıda keçirilən YUNESKO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı siyahıya daxil edilmişdir.

YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısında olan abidələrimiz:

 

  1. Bakı dağları
  2. Binəqədi dördüncü dövr fauna və flora ehtiyatı
  3. Lök-Batan palçıq vulkanı
  4. Suraxanı, Atəşgah
  5. Naxçıvan mavzoleyi
  6. Ordubad Tarix və Memarlıq Qoruğu
  7. Şuşa Tarix və Memarlıq Qoruğu
  8. Xəzər sahili mühafizə konstruksiyaları
  9. Xınalıq – orta əsr dağ kəndi
  10. Hirkan meşələri

 Azərbaycanın 15 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına, 2 irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

  1. “Azərbaycan Muğamı”7 noyabr 2003-cü il tarixində Azərbaycan muğamı YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur.  2008-ci ildə Azərbaycan muğamları YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
  2. “Azərbaycan Aşıq Sənəti”28 Sentyabr – 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri – maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan Aşıq Sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
  3. “Novruz” 28 Sentyabr – 2 oktyabr 2009-cu il tarixində Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş YUNESKO-nun Qeyri – maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya (Azərbaycan, Hindistan, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir. Cari ilin 28 noyabr-2 dekabr tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyasında  Əfqanıstan, İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan nominasiyaya qoşulmuşlar.
  4. “Ənənəvi Azərbaycan Xalçaçılıq Sənəti” 15-19 noyabr 2010-cu il tarixində Keniyanın Nayrobi şəhərində keçirilən YUNESKO-nun Qeyri – maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 5-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
  5. “Tar və Onun İfaçılıq Sənəti 3-7 Dekabr 2012-ci il tarixində Parisdə keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 7-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, “Tar və onun ifaçılıq sənəti” YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.
  6. “Azərbaycan Respublikasında Çovqan Ənənəvi Qarabağ Atüstü Oyunu” 2-8 dekabr 2013-cü ildə Bakıda keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 8-ci Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, “Azərbaycan Respublikasında Çovqan ənənəvi Qarabağ atüstü oyunu” YUNESKO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.
  7. “Ənənəvi Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması” 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
  8. “Lahıcın misgərlik sənəti” 30 noyabr – 4 dekabr 2015-ci il tarixində Namibiyada keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
  9. “Nazik çörəyin hazırlanma və paylaşılma mədəniyyəti: lavaş, katrıma, jupka, yufka”cari ilin 28 noyabr-2 dekabr tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş Qeyri-maddi mədəni irsin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyasında  çoxmillətli nominasiya kimi YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısına daxil edilmişdir.
  10. “Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi”2017-ci ilin 6 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
  11. “Kamança simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti”çoxmillətli nominasiya kimi (Güney və Azərbaycan) 2017-ci ilin 7 dekabr tarixində Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edilmişdir.
  12. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.
  13. “Dədə Qorqud/Korkyt Ata/Dede Korkut irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul edilmiş qərarla Azərbaycan, Türkiyə və Qazaxıstan ilə birgə çoxmillətli nominasiya kimi Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
  14. “Miniatür sənəti”2020-ci ilin dekabrın 16-da Türkiyə, Azərbaycan və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı müzakirə olunub və bu mədəni element UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.
  15. “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”2020-ci ilin dekabrın 16-da  UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 15-ci iclası zamanı UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.

 

 Ehtiyatdakı nominasiyalar

 

  1. Balabanınhazırlanma və ifa edilmə ustalığı – 2013
  2. Nicinmədəni mühiti – 2012
  3. Qırmızı Qəsəbənin mədəni mühiti – 2012
  4. Çay mədəniyyəti (çay), şəxsiyyət, qonaqpərvərlik və sosial qarşılıqlı əlaqə rəmzi – 2021
  5. Pehlevanliq, ənənəvi zoraxana oyunları və idman – 2021
  6. Nəsrəddin Hoca / Molla Nesreddin / Molla Ependi / Apendi / Afendi Kozhanasyr Lətifələr – 2021

 

 

Redakte etdi: Ulduz Turizm

Bir cavab yazın