Bakı Dövlət Universiteti

Müasir dövrdə vətəndaş cəmiyyəti quruculuğunda sürətlə inkişaf edən elmi-texniki tərəqqi, informasiyanın sürətli artımı və yeniləşməsi təhsil prosesinin təkmilləşməsini və dinamik inkişafını zəruri edir. Dövlətimizə, cəmiyyətimizə və ümumiyyətlə, tariximizə bələd olan, yeni düşüncəyə malik gənclər yetişdirmək, onlara bilik və bacarıq vermək, millətimizin adət-ənənələrinə və maddi-mənəvi dəyərlərinə qiymət verən və onları gələcək nəsillərə ötürə bilən yüksək ixtisaslı kadrlar hazırlamaq Bakı Dövlət Universitetin üzərinə düşən tarixi vəzifədir.

BDU haqqında

Universitet ilk tədris ilini 2 fakültə ilə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlamışdır. Hazırda isə Bakı Dövlət Universitetdə 16 fakültə fəaliyyət göstərir və bu fakültələrdə müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisas üzrə mütəxəssislər hazırlanır.

  • Mexanika-riyaziyyat fakültəsi
  • Tətbiqi riyaziyyat və kibernetika fakültəsi
  • Fizika fakültəsi
  • Kimya fakültəsi
  • Biologiya fakültəsi
  • Ekologiya və torpaqşünaslıq fakültəsi
  • Coğrafiya fakültəsi
  • Geologiya fakültəsi
  • Filologiya fakültəsi
  • Tarix fakültəsi
  • Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi
  • Hüquq fakültəsi
  • Jurnalistika fakültəsi
  • Kitabxanaçıliq-informasiya fakültəsi
  • Şərqşünasliq fakültəsi
  • Sosial elmlər və psixologiya fakültəsi

Bu gün BDU-da mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı Azərbaycan Respublikası Konstitusiyası, Təhsil Qanunu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin fərman və sərəncamları, Təhsil sahəsində İslahat Proqramına və digər normativ-hüquqi sənədlər əsasında həyata keçirilir.

BDU-da ali təhsilin hər üç səviyyəsindəbakalavriat, magistratura və doktorantura səviyyələrində kadr hazırlığı Avropa kredit transfer sisteminə uyğun həyata keçirilir.

 

Bir cavab yazın