Laza Kəndi

Laza Kəndi

Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində yerləşir. Kənd Baş Qafqaz sıra dağlarından keçən Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval) dəniz səviyyəsindən 1300m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndin gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır.

Qəbələ rayonunun da eyniadlı kəndi var. Dəmiraparan çayının sahilində, Baş Qafqaz silsiləsinin yamacındadır,əsl adı Lazalıdır.

Əhali öz aralarında doğma ləzgi dillərində danışırlar. Ləzgi dili Dağıstan qrupunun qafqaz dillərinə daxildir, və bunun üçün xalqın yüksək mənəvi mədəniyyəti formalaşmışdır. Qonaqlarla sərbəst azərbaycan dilində danışırlar. Orta yaşlı nəslin nümayəndələri (kişilər) müəyyən qədər rus dilində danışa bilirlər. Son zamanlar Şahdağ, Qızıl qaya, Tufan, Bazardüzü və yüksək dağ yaylalarına çıxmaq üçün gələn xarici turistlərin sayı artdığından məktəblilər ingilis dili öyrənir.

Bir cavab yazın