2012 ildə sizlər için yaradılan və hər zaman sizlərə ən yüksək xidmət göstərmək düşüncəsi ilə çalışan Metropark, ailəvi məkanınızdır! Metroparkı digər ticarət mekanlarından fərqləndirən cəhəd rahat və yorulmadan alış-veriş imkanı yaratmasıdır. Metroparkda siz ailəniz və sevdiklərinizin gündəlik həyatında lazımlı olan Fitnes mərkəzi, uşaqlarınızın həm əylənməsi, həm də öyrənməsi üçün əyləncə və tədrisin bir arada olduğu Happyland əyləncə mərkəzi, uşaq saç kəsimi salonu, market, sinema, ziyafət, klassik və gündəlik geyim mağazaları, dəyərli uşaqlarınız üçün hər növdə hər zövqə uyğun geyim mağazalarını bir arada tapa bilərsiniz.
Sağlam bədəndə sağlam ruh devizi ilə daim formada qalmaq və sağlam olmaq üçün Metroparkın -2-ci mərtəbəsində yerləşən tanınmış idman məşqçisi Kamil Zeynallının KZ LİMAK Center adlı Fitnes mərkəzində peşəkar təlimçilər tərəfindən təlim dərsləri ala bilərsiniz. Fitnes Mərkəzdə kişi və qadın salonları ayrıdır və bununla yanaşı qadın baxım salonları da fəaliyyət göstərir. “YapıKredi Bank Azerbaijan” daxil olmaqla, “Mango”, “Benetton”, “Koton”, “Us Polo”, “LCW”, “Bata”, “Colins”, “Greyder” kimi tanınmış dünya markaları ilə bərabər kafelər (“Second cup”, “Gloria Jeans”) və restoranlarımız (“Tarhun” “Tarihi Sultan Ahmet Koftecisi” və s.) ilə həftənin 7 günü sabah saat 10-dan axşam saat 11- ə qədər xidmətinizdəyik.