Küngüt Otel

Küngüt Şəki

Şəkinin ən gözəl bölgələrindən birində yerləşən Küngüt Otel & Resort ideal xidmətin nümunəsidir.

Otelin əlverişli coğrafi mövqeyini xüsusi vurğulamaq lazımdır. Küngüt Otel & Resort Şəkinin şimal – şərqində, şəhər mərkəzindən 24 km, Şəki – Oğuz – Bakı magistralından 6 km məsafədə, dəniz səviyyəsindən 1200 m hündürlükdə yerləşir. Otel həmçinin Qəbələ Beynəlxalq aeroportundan cəmi 78 km uzaqlıqdadır (maksimum 1 saat). Yeri gəlmişkən, otel aeroportdan və əks istiqamətdə transfer xidməti təklif edir.

Küngüt Otel & Resort mükəmməl istirahət üçün gərəkli olan hər şeyə malikdir: müasir infrastruktur, məftunedici dağ mənzərəsinə malik rahat otaqlar, təkrarsız servis. Buranı seçməklə siz yaddaşınızdan heç zaman silinməyəcək istirahətin dadını çıxara bilərsiniz. Oteli əhatə edən mənzərəyə qarşı heç bir qonaq laqeyd qala bilməyəcək. Təkrarsız peyzaj, zəngin mədəniyyət və fərqli tarixi məkanlar hər ay buraya böyük turist axınını cəlb edir.

Otel xidmətləri:

  • Restoran
  • Açıq hava
  • Ekskursiyalar
  • Transfer
  • Bələdçi xidmətləri
  • Otaq xidməti
  • Camaşırxana xidmətləri

Əyləncə:

  • Bilyard
  • At gəzintisi
  • Açıq hava oyunları

Otel adı: Küngüt otel

Ulduz: 4*

Şəhər: Şəki

Ünvan: Şəki rayonu, Baş Küngüt kəndi. AZ 5500 

Bir cavab yazın