Ismayıllı- Lahıc Turu

İsmayıllı  – Lahıc Turu

Tur proqram:

06:30 – Toplaşma (Vimar)

07:00 – 12:00  – Bakı –İsmayıllı – Lahıc yolu

09:00 – 09:30 – Şamaxıda “Turist” restoranında səhər yeməyi

11:00 – 13:30 –   Qəsəbə ərazisində bütün tarixi abidələrdə gəzinti

13:30 – 15:00  – Nahar  vaxtı (Urman Restoranı)

15:00 – 17:30  –  Dağ Şəlaləsinə yürüş (Hiking)

17:30 – 18:00 –  Çay fasiləsi

18:00 – 18:30 –  Asma Körpü ekskursiyası

18:30 – 22:00  – Lahıc – Bakı yolu

 

Qeyd:

  • Toplanış saatı dəyişdirilə bilməz.
  • Təyin olunmuş vaxtda yola düşürük.
  • Tur müəyyən edilmiş qrafikə uyğun olduğu üçün gecikən turistləri gözləmirik.
  • Qayıdış vaxtı müəyyən vaxtlarda gec və ya tez ola bilər.
  • 10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsiz.
  • 0-5 yaş uşaqlar ödənişsiz (6 yaşdan yuxarı tam ödənişli).
  • Nahar tura daxil deyil. Turistlər öz büdcələrinə nahar edə bilərlər.
  • Tur zamanı spirtli içkilər qəti qadağandır.
  • Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin surəti verilməlidir.
  • İstəyə uyğun tur proqramına əlavə və dəyişikliklər etmək mümkündür.

 

İsmayıllıda görməli yerlər

1. Lahıc 

  • 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.
  • Lahıcda ən məşhur sənət misgərlik olub. Lahıc misgərlik sənəti 2015-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.  Azərbaycana gələn əksər turistlər mütləq Lahıca gəlməyə çalışırlar. Lahıc Böyük İpək Yolu beynəlxalq turist marşrutuna daxil edilmişdi.
  • Yeri gəlmişkən, məşhur “Şeş-beş” stolüstü oyununun adı da buradan yaranıb. “Şeş” fars dilində “altı” deməkdir, “beş” isə sırf türk sözüdür.
  • Yerli sənətkarların yaratdıqları məmulatlar bütün Şərqdə tanınıb. 1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovarlar şöhrət qazanıb və yüksək qiymətləndirilib. 1850-ci ildə isə Zaqafqaziya diyarının əsərləri sərgisində usta Məmməd Qədir “Mis qaba görə” pul mükafatına layiq görülüb.

2. Qalacıq kəndi

  •  “Ögey ana” filmində İsmayılın itburnu topladığı zaman partlayan dağın olduğu məşhur fraqment də burada lentə alınıb. Çəkilişlərin aparıldığı dağ kəndə gedən yolun tam ortasında yerləşir. Filmin çəkilişi zamanı burada həqiqətən yol çəkilirmiş və əsl partlayış olubmuş.

3. İvanovka kəndi

  • İvanovkanın qədim adı Həftəran olub və sonralar molokanların Azərbaycana köçürülməsi kampaniyasına başçılıq edən polkovnik İvanovun şərəfinə dəyişdirilib. Rusiyada kilsə islahatını qəbul etmədikləri üçün sürgün edilən kənd sakinləri özlərini “molokan” adlandırıb və köhnə ayinləri icra ediblər. İvanovkada molokanlarla yanaşı, ləzgi və azərbaycanlılar da yaşayırlar.
  • İvanovkadakı evlər qədim, oyma üzlükləri olan və yan-yana tikilmiş klassik standart taxta tikililərdir.

4. Bado- Basqal turizm zonası

  • Badoda müalicəvi əhəmiyyətli kükürdlü mineral bulaq
  • “Yeddi bulaq” adlı məkan
  • XII-XIII əsrlərə aid Xan qalasının divarları
  • Haram qalası
  • Fit qalası

5. Basqal  İlk baxışdan Bakıdakı İçərişəhərə bənzəyən Basqal kəndi (rayon mərkəzindən 56 kilometr aralı) abadlığı ilə seçilir.

  • Kəndin şərəfinə “Basqalı” musiqi nömrəsi də var.
  • 1958-ci ildə “Uzaq sahillərdə” filminin bəzi fraqmentləri burada lentə alınıb.

6. Kəlağayı

  • Ən qiymətli kəlağayılar 6-7 rəngdən ibarət olur və bugünədək onları məhz Basqalda istehsal edirlər.
  • Basqalda ötən əsrin 60-cı illərinədək hər evdə kəlağayı toxunurdu.  Basqalda indi də İpək Mərkəzi fəaliyyət göstərir. Burada kəlağayı ilə yanaşı, digər ipək məmulatlarının da toxunduğu emalatxana, həmçinin kiçik kəlağayı muzeyi var.

7. Qız qalası

8. Cavanşir qalası

9. Heydər Əliyev parkı

10. Diyarşünaslıq muzeyi

Ismayıllı-Lahic Turu

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 012-3100482      Mob:  055-8824921      Sosial şəbəkədə ünvanlarımız:       

 

Bir cavab yazın