Ismayıllı – Lahıc Turu

İsmayıllı  – Lahıc Tur proqramı

 

06:30 – Toplaşma (Vimar)

07:00 – 12:00  – Bakı –İsmayıllı – Lahıc yolu

09:00 – 09:30 – Şamaxıda “Turist” restoranında səhər yeməyi

11:00 – 13:30 –   Qəsəbə ərazisində bütün tarixi abidələrdə gəzinti

13:30 – 15:00  – Nahar  vaxtı (Urman Restoranı)

15:00 – 17:30  –  Dağ Şəlaləsinə yürüş (Hiking)

17:30 – 18:00 –  Çay fasiləsi

18:00 – 18:30 –  Asma Körpü ekskursiyası

18:30 – 22:00  – Lahıc – Bakı yolu

Qeyd:

  • Toplanış saatı dəyişdirilə bilməz.
  • Təyin olunmuş vaxtda yola düşürük.
  • Tur müəyyən edilmiş qrafikə uyğun olduğu üçün gecikən turistləri gözləmirik.
  • Qayıdış vaxtı müəyyən vaxtlarda gec və ya tez ola bilər.
  • 10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsiz.
  • 0-5 yaş uşaqlar ödənişsiz (6 yaşdan yuxarı tam ödənişli).
  • Nahar tura daxil deyil. Turistlər öz büdcələrinə nahar edə bilərlər.
  • Tur zamanı spirtli içkilər qəti qadağandır.
  • Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin surəti verilməlidir.
  • İstəyə uyğun tur proqramına əlavə və dəyişikliklər etmək mümkündür.

Lahıc haqqında:

1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.

Lahıcda ən məşhur sənət misgərlik olub. Lahıc misgərlik sənəti 2015-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.  Azərbaycana gələn əksər turistlər mütləq Lahıca gəlməyə çalışırlar. Lahıc Böyük İpək Yolu beynəlxalq turist marşrutuna daxil edilmişdi.

Yeri gəlmişkən, məşhur “Şeş-beş” stolüstü oyununun adı da buradan yaranıb. “Şeş” fars dilində “altı” deməkdir, “beş” isə sırf türk sözüdür.

Yerli sənətkarların yaratdıqları məmulatlar bütün Şərqdə tanınıb. 1717-1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovarlar şöhrət qazanıb və yüksək qiymətləndirilib. 1850-ci ildə isə Zaqafqaziya diyarının əsərləri sərgisində usta Məmməd Qədir “Mis qaba görə” pul mükafatına layiq görülüb.

Bir sözlə, Lahıc bütün sahələrdə sizdə xüsusi hisslər oyada biləcək başqa bir aləmdir.

 

Ismayıllı-Lahic Turu

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: 012-3100482      Mob:  055-8824921      Sosial şəbəkədə ünvanlarımız:       

 

Bir cavab yazın