Azərbaycan Müalicəvi – Sağlamlıq Turları
Bakı şəhərində “Naftalan” və “Duzdağ” Sağlamlıq Mərkəzi
“Naftalan Sağlamlıq Mərkəzi”
Bakı şəhərində yerləşən Naftalan Sağlamlıq Mərkəzi 2002-ci ildə tikilib istifadəyə verilmişdir. Yarandığı gündən bu vaxta qədər, möcüzəvi Naftalan nefti və Naxçıvan duzdağı ilə Bakıda yeganə müalicə və istirahət mərkəzi olan Naftalan Sağlamlıq Mərkəzi 2018-ci ildən etibarən müasir tələblərə uyğun şəkildə müalicə və istirahət xidmətləri ilə həm yerli, həm də xarici qonaqlara xidmət etməkdədir.
Peşəkar tibbi heyətimiz, beynəlxalq sertifikatlaşma keçmişdir və illərin təcrübəsinə malik olan tibbi kadrlardır. Bizimlə Bakı şəhərini tərk etmədən Naftalan nefti ilə və digər proseduralımızla müalicə almaq mümkündür.
“Naftalan Sağlamlıq Mərkəzi” tibbi xidmətləri aşağıdakılardan ibarətdir:
Naftalan Klinikası Naftalan neftinin möcüzəli təsir xüsusiyyətlərindən istifadə edərək sizlərə aşağıdakı xəstəliklərdən azad olmaq üçün unikal müalicə proqramları təklif edir:
“Duz dağ müalicə şöbəsi”
Möcüzəli xarakterlərə malik Naxçıvan duzlağı ilə düzəldilmiş Duzlaq müalicəvi kompleksimizdə bir çox tənəffüs orqanı xəstəliklərindən əziyyət çəkən insanlar Bakı şəhərini tərk etmədən müalicəsi alması mümkündür.
Təbii duz organizmə müalicəvi təsir göstərərək, aşağıdakı xəstəlikləri müalicə edir:
Azərbaycan Naftalan Sanatoriyası
Sanatoriya Naftalan şəhərinin ən füsinkar ərazisində yerləşməklə, çoxillik həmişəyaşıl şam ağacları və digər dekorativ ağaclarla əhatə edilmişdir.
Müəssisədə mövsümi olaraq 22-45 nəfər tibbi və xidmətedici işçi heyyəti müalicə alan yerli və əcnəbi vətəndaşlara xidmət göstərir ki, onlarında tam əksəriyyəti hələ Sovetlər dönəmindən müxtəlif sanatoriyalarda işləmiş peşəkar mütəxəssislərdir.
Naftalan müalicə amili güclü ağrıkəsici, iltihab əleyhinə, damar genəldici, allergiya əleyhinə, hormona bənzər təsirlərə malikdir. ovogenez, ovulyasiya prosseslərini və spermatogenezi gücləndirir. Naftalan vannaları üçün təbii naftalandan istifadə olunur. Vannada naftalanın istiliyi 37 -38*C – dir. Vanna qəbulundan sonra xəstə naftalanın qalığından təmizlənir, xüsusi kağızla silinir və duş qəbul edir .
Azərbaycan Naxçıvan Duzdağ Hotel
Duzdağ mağarası Fizioterapiya mərkəzi – Otelə 1,5 km-lik məsafədə yerləşən Duzdağda il boyu hərarətin 18-20 Cº olduğu 3 mağaradan birində fəaliyyət göstərən, 22 çarpayılı Müalicə Mərkəzində astma xəstələri şəfa tapa bilərlər. Oteldə – tennis kortları, stolüstü tennis, basketbol, voleybol, mini futbol, fitnes mərkəzi, türk hamamı, sauna, buxar otağı, kinozal, naqilsiz internet, mini klub, hovuz, oyun salonundan istifadə edə bilərsiniz.
Otelimizin Duzdağ yaxud Araz Çayı mənzərəsi var. Bütün otaqlar xalça ilə örtülü və divar kağızı ilə müasir şəkildə dizayn edilmişdi. Bütün otaqlarda peyk yayımlı TV, daxili xətli telefon, mini bar, mərkəzi havalandırma sistemi, seyf, Duş (duş & vanna & WC), saç quruducu mövcuddur.
Naxçıvanda görməli yerlər:
“Altay maralı” Sanatoriya tipli Sağlamlıq Mərkəzi
Xızı rayonunda Azərbaycanın gözəl guşələrindən biri olan Altıağac qoruğu yerləşir. Bura həm də “Cənnət bağı” adlandırılır. Qoruq ərazisinin 90%-ni meşələr tutur və o Böyük Qafqazın cənub-şərq yamaclarında eroziya proseslərinin qarşısının alınması və nadir heyvan və bitki növlərinin qorunub saxlanılması üçün yaradılıb.
Tarixdən məlumdur ki, burada, Altıağacda Şirvanşahların hakimiyyəti dövründə karvan dayanacaqlarından biri olmuşdur. “Ağac” sözü isə vaxtilə yalnız ağac kimi yox, həm də ölçü vahidi (7 km) kimi işlədilirdi və bu ad tərcümədə “6 ağac”, yəni 42 km demək idi ki, bu da buradan Şamaxı şəhərinədək olan məsafəyə bərabərdir. Vaxtilə buradan Şamaxı ilə Dərbəndi birləşdirən qədim karvan yolu keçirdi və bugünədək piyada turizm həvəskarları Mərəzə və Şamaxı istiqamətində buradan keçib-gedirlər.
Pant vannaları
Altay maralının buynuzundan hazırlanan pant vannaları – insan orqanizminə göstərdiyi bir sıra müsbət təsirlərinə görə məşhurdur.
İstisu (Masallı)
Masallının istirahət mərkəzləri arasında “İstisu”yun öz yeri var. Buraya gələnlər dincəlməklə yanaşı, müxtəlif xəstəliklərdən də yaxa qurtarmaq imkanı əldə edirlər..
“İstisu” sanatoriyası uzun illər primitiv şəkildə fəaliyyət göstərirdi. İstisu — Masallı rayonunda yerləşən sanatoriya, tam adı – İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyasıdır.
İstisu “Fatimeyi-Zəhra” Şəfa Sanatoriyası həm Masallı şəhərindən 13 kilometr aralıda, qərar tutmuş Dəmbəlov dağının döşündə, Viləş çayının sahilində yerləşir. Tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat və hər litrində 30 milliqram yod var. Bu məhlul xəstəlikləri dava-dərmansız sağaldır. Qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə kimi istifadə ediblər.
Istisuyun müalicəvi əhəmiyyəti
Dəmbəlov dağının döşündən çıxan isti su ilə revmatizm, oynaq ağrıları, artroz kimi fəsadları, pisarioz, germatit, neyrodermit, göbələk xəstəliyi, ekzema, böyrək və sidik yolları xəstəlikləri – pielit, uretrit, piolonefrit, habelə radikulit, prostatit, hipertoniya, qara ciyər xəstəlikləri və öd xəstəlikləri, qadın xəstəlikləri, mədə-bağırsaq ağrıları, travmatik ağrılar müalicə oluna bilər.
Azərbaycan Müalicəvi – Sağlamlıq turları
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: