Şəki Turu

Şəki Turu

Şəki Turu

Şəki Turu

 

1 günlük Şəki turu  

Tarix:  Hər həftə sonu

 

Qiymətə daxildir: Komfortlu Nəqliyyat, Səhər yeməyi, Foto çəkiliş, Tur Rəhbər, Maraqlı oyunlar

Şəki xan sarayı — Vikipediya

Tur proqram

Saat 06:30- 28 Mall ticarət mərkəzinin qarşısı.

Saat 07:00- Bakıdan çıxış

Saat 23:00- Bakıya çatmaq

 

Şəkidə gəzməli yerlər

1. Şəki Xan Sarayı

Şəki xanlarının sarayı – Şəki (Shaki – Sheki – Şeki) şəhərindəki tarixi sənət əsəri, dünya abidələri siyahısına daxil edilmişdir. Qala divarları ilə əhatə olunan bu tikili ikimərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Daha əvvəllər “Divanxana” adlanmışdır. Şəki xanlığının 1805-ci ildə Rusiyanın tərkibinə daxil olmasından sonra isə ona həm də rusca “Qorodskoy sud” deyilirdi. Hal-hazırda muzey kimi fəaliyyət göstərir.

İndi bizim “Şəki xan sarayı” adı ilə tanıdığımız bu bina, “Məhəmmədhəsən xan divanxanası”, Məhəmmədhəsən xan tərəfindən tikdirilmişdir. Binanın tikintisinə 1789/1790-cı ildə başlanılıb. Çox vaxt onun tikilmə tarixini səhvən “Şəkixanovların evi”nin (“Müştaq imarəti” -“Qurğuşunlu Otaq”ın) tikilmə tarixi ilə qarışdırılır. Binanın, inşasına o vaxt 32 min çervon, yaxud, 32 min İran tüməni məbləğində pul xərclənmişdir. Memar şirazlı Zeynalabdindir. O ki qaldı qalanın inşasına, o biyar yolu ilə, tikilmişdir. Qaladakı indiki kilsə 1828-ci ilə qədər xanın ev məscidi idi və göstərilən ildə ruslar tərəfindən indiki formaya, yəni xaç formasına salınmış və kilsə edilmişdir. Ruslar xanın hərəmxanasının yerində isə türmə binası tikiblər. Qalanın dörd küncündəki 4 böyük bürc də ruslar tərəfindən topdan atəş açmaq üçün inşa edilmişdir.

2. Dairəvi Məbəd və ya Nuxa Üçmüqəddəs Kilsəsi

Bu məbədlə bağlı fikirlər birmənalı olmasa da, 20-ci əsrdə buraya tədqiqata gəlmiş mütəxəssislər tərəfindən məbədin 19-cu əsrdə ruslar tərəfindən tikilməsi qənaətinə gəlinmişdir. Burada diqqətimi çəkən digər bir xüsusiyyət isə məbədin bağçasında rastlaşdığım qəbirlər oldu. Sən demə bu qəbirlər Nuxada vəfat etmiş bir neçə yüksək çinli rus məmuruna məxsusdur. Hal-hazırda məbədinin içində Şəki Xalq Tətbiqi Sənət Muzeyi fəaliyyət göstərməkdədir. Şəki Xan sarayından qayıdandan sonra bura mütləq baş çəkməlisiniz.

3. Yuxarı Karvansaray

Şəkinin ən gözəl küçəsi olan Mirzə Fətəli Axundov küçəsində yerləşən Yuxarı Karvansaray, 18-19-cu əsrlərdə tikilmiş 5 böyük karvansaraydan bugünə qədər gəlib çatmış 2 karvansaraydan biridir. 3 mərtəbəli bu karvansarayın sahəsi 6000 m2, otaqlarının sayı isə 300-dən çoxdur. Karvansarayın 1-ci mərtəbəsi tacirlərin mallarını yığması, 2-ci mərtəbəsi ticarət etməsi, 3-cü mərtəbəsi isə yaşamaları üçün nəzərdə tutulmuşdu. Karvansarayda ən diqqətimi çəkən məqam isə buranın Mərakeşdəki ənənəvi “riad”lara (daxili hovuzu və həyəti olan evlər) bənzəməsi idi.

4. Kiş Alban Məbədi

Bəzi mənbələrdə Kiş kəndində yerləşən məbəd nəinki Qafqaz Albaniyasının, ümumiyyətlə bütün cənubi Qafqazın ilk kilsəsi olaraq qeyd edilir. Kilsəyə gedən yol kəndin dolanbaclı küçələrindən keçir və kəndin ən hündür nöqtələrindən birində yerləşir. Kilsə bugünə qədər yaxşı qorunub saxlanıb və 2000-2001-ci illərdə restavrasiya  olunub. Kilsədə ən çox diqqət çəkən nüans kilsənin altının tamamən xristian qəbirləri ilə dolu olmasıdır. Bu qəbirlərdən bəzilərini kilsə ətrafında qazılmış quyular vasitəsilə görmək də olur. Hal-hazırda bura muzey kimi fəaliyyət göstərir və giriş 2 AZN-dir.

5. Şəki Tarix-Diyarşünaslıq Muzeyi 

Şəki Tarix-Diyarşünasliq Muzeyi 1925-ci ilin sentyabr ayında yaradılmışdır. Muzeydə Şəki şəhərinin tarixini, mədəniyyətini, qədim sənət növlərini, etnoqrafiyasını, mətbəxini əks etdirən 5000-dən çox eksponat nümayiş etdirilir. Bunlardan 3000-ə yaxını ekspozisiya zallarında nümayiş etdirilir.

6. BİO Garden

Şəkinin Ovqat kəndində “Bio Garden” adlı bağ var. Bağda spirtli içkilərdən istifadəyə qadağa qoyulub. Yerli turistlərin bu bağa daxil olması 5 azn, xarici turistlər üçün isə 8 AZN-dir. Turistlər bağı gəzib istədikləri qədər ağacdan meyvələr dərə bilərlər. Dərə bilməyənlər isə müəyyən qədər ödəniş edib apara bilər.

 

 Şəki şəhər turu

  • Xan Sarayı
  • Karvansaray
  • Kiş Alban məbədi
  • Əliəhməd Şirniyyat evi 

Qeydlər :

  1. Toplanış saatı dəyişdirilə bilməz.
  2. Təyin olunmuş vaxtda yola düşürük.
  3. Tur müəyyən edilmiş qrafikə uyğun olduğu üçün gecikən turistləri gözləmirik.
  4. Qayıdış vaxtı müəyyən vaxtlarda  gec və ya tez ola bilər.
  5. 10 nəfərdən çox qruplar üçün 1 nəfər ödənişsiz.
  6. 0-5 yaş uşaqlar ödənişsiz (6 yaşdan yuxarı tam ödənişli).
  7. Nahar tura daxil deyil. Turistlər öz büdcələrinə nahar edə bilərlər.
  8. Tur zamanı spirtli içkilər qəti qadağandır.
  9. Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin surəti verilməlidir.
  10. İstəyə uyğun tur proqramına əlavə və dəyişikliklər etmək mümkündür.
  11. Nəzərdə tutulmuş saydan aşağı turist sayı olarsa qiymət dəyişimi ola bilər.

 

Hər hansi sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya və ya sosial şəbəkə ünvanlarımızdan bizə yaza bilərsiniz.

Tel: 012-3100482      Mob:  055-8824921      Sosial şəbəkədə ünvanlarımız:       

 

Bir cavab yazın