Antalya Turu - Ulduz Tourism, Azerbaijan - Türkiye Tour Operator

Antalya Turu

Antalya turlarına qeydiyyat davam edir.

QİYMƏTƏ DAXİLDİR:

7 gecə 8 Gün Oteldə gecələmə

Qidalanma All inclusive ( hərşey daxil)

Sərinləşdirici içkilər

Sığorta

40 kq baqaj

Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur.

Tarixə uyğun qiymət dəyişir

Otel seçimi istəyə bağlıdır.



 

Türkiyənin cənubunda Aralıq dənizi sahilində kurort şəhəri və liman. Antalya ilinin mərkəzidir. Tamamı Aralıq Dənizi Bölgəsinin qərbində yerləşir və Antalya Körfəzi ilə Qərbi Tavr Dağlarının arasında yaradılıb. Ərazicə Türkiyənin altıncı böyük rayonudur.  Antalya rayonunun əhatə etdiyi bölgə tarix boyu günümüzə qədər bir çox mədəniyyətə sahib olmuş və Türkiyədə ən çox antik şəhər olan rayondur.

Coğrafiyası

Antalya vilayəti cənubunda Aralıq dənizi və şimalında dənizə paralel uzanan Toros Dağları ilə əhatə olunub, şərqində Mersin, Konya və Karaman, şimalında Isparta və Burdur, qərbində Muğla rayonları ilə qonşudur. Rayonun sahəsi 20.815 km²-dir. Bu Türkiyə ərazisinin % 2.6sı qədərinə bərabərdir. Aralıq dənizi Bölgəsinin qərbində yerləşən Antalya vilayəti, region ərazisinin isə% 17.6-nı təşkil edir. Rayon ərazisinin təxminən olaraq %77.8i dağlıq ,%10.2si düzənlik, % 12si isə əyri-üyrü bir quruluşa malikdir. Rayon sahəsinin 3/4ünü örtən Tavr Dağlarının bir çox təpəsinin hündürlüyü 2500-3000 metri keçir. Qərbdəki Təkə guşəsində geniş yaylaları və hövzələr yer alır. Əsasən əhəng daşlarından yaranmış bu dağlar və yaylalar, əhəng daşlarının əriməsilə əmələ gəlmiş mağaralar, geyzerlər, dərələr, uvalalar və daha geniş çuxurlar olan böyüklü-kiçikli karst formaları çox geniş yayılıb. Rayonun topoqrafik cəhətdən göstərdiyi dəyişiklik həm iqlim, həm kənd təsərrüfatı, həm də demoqrafiya və yerləşmə baxımından fərqli şərait yaradır. Ayrı xüsusiyyət göstərən bu sahələr sahil və yayla bölgəsi kimi tanınır.

 

Antalyada gəzməli yerlər:

1. Köprülü Kanyon

Antalya şəhər mərkızindən 80 km məsafədə yerləşir. Köprülü Kanyon Türkiyənin ən məşhur rafting mərkəzidir. Hər il bu idmanla məşğul olan çoxlu sayda insan bura səyahət edir. 

2. Hadrian qapısı

Hadrian Qapısı, Antalyanın qədim dövrlərini əks etdirən ən əhəmiyyətli əsər kimi göstərilir. Kaleiçi yaxınlığında yerləşən qapının üzərindəki heykəllər zamanla yox olsa da latınca yazılmış kitabəsi varlığını qorumuşdur. Bir vaxtlar şəhəri əhatə edən qala divarların bir hissəsi olan tikilinin Korint üslubundakı mərmər sütunları, oyma və qabarıq texniki yaradılmış etmələriylə göz alıcı görünür.

3. Karst bulağı

Antalya ətrafındakı kireçtaşı çölləri karst bulaqları, bataqlıqlar və şəlalələrlə zəngindir. Kirkgöz və Pınarbaşı’nın görməli olduğu bulaqlar və çuxurlar var, Düdenbaşıda isə şəlalələr şəlaləsi dar bir dərədən axır.

4. Aspendos Teatrı

II əsrdə inşa edilmiş teatr Belkis kəndi ətrafında yerləşir. Tarixi quruluşu və görünüşü ilə səyathət  edənlərinin sayını artırmaqdadır.

5. Termessos

Anadolunun ən qədim xalqlarından biri olan Luvilər nəslindən olan Solymlər tərəfindən qurulan əhəmiyyətli bir qədim şəhərdir. Dəniz səviyyəsindən 1,150 metr yüksəklikdə yerləşir. Anadolunun tarixi abidələri ilə zəngin bu məkan turistlərin diqqətini cəlb edir.

6. Hıdırlık Qalası

Hündürlüyü 14 metr olan qala Antalya Qalaiçi bölgəsindən 25 metr məsafədə yerləşir. Qalanın qədim zamanlarda dəniz fənəri kimi istifadə olunduğu haqqında rəvayətlər var. Karaalioğlu parkına gələn hər kəs qalanı rahatlıqla gəzə bilər.

7. Karain Mağarası

Anadolu və Orta Şərq tarixi baxımından çox vacib qəul edilir. Türkiyənin ən böyük mağaralarından biri hesab olunur. Arxeoliji qazıntılar zamanı Paleolit dövründən qalma obyektlər tapılmışdır. Mağaradan tapılmış obyektlər Antalya Müzeyində sərgi olunur.

8. Antalya Muzeyi

Antalya Muzeyi 30.000 m² sahədə 14 sərgi salonu, açıq hava qalereyası və heykəllərin və müxtəlif əsərlərin sərgiləndiyi bir məkandan ibarətdir. Muzeydə sərgilənən əsərlərin sayı 5 minə yaxındır. Muzeydə üç qədim mədəniyyət bölgəsi var: Likya, Pamfilya ve Psidia. Turistlər bu müzeyə səhayət edərək Antalyanın tarixi haqqında çoxlu məumatlar əldə edə bilərlər.

9. Yivli Minarə Məscidi

13-cü əsrdə səlcuqlar tərəfindən tikilmiş memarlıq abidəsidir. İslam dövrü və Anadolunun ən qədim memarlıq abidələrindən sayılır. Hazırda incəsənət qalereyası kimi istifadə edilir.

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-3100482    Sosial şəbəkədə ünvanlarımız:   

 

 

Bir cavab yazın