Müddət: 6 gecə/ 7 gün
Xidmətlər:
– Aviabilet
– Otel
– Transfer
– Sığorta
– Qidalanma
İzmir – Ərazisinə görə Türkiyənin üçüncü böyük şəhəridir. Əhalisinin sayı 2019-ci il etibarilə 4.367.000 nəfərdir.
İzmir (Türkcə: İzmir; Latınca: Smyrna; Yunanca: Σμύρνη (Smyrne))-Türkiyədə əhalisinin sayına görə (2015-ci ilin məlumatına görə 4,2 milyon nəfər) üçüncü və limanların sayına görə İstanbuldan sonra ikinci böyük şəhərdir. İzmir vilayətinin mərkəzi sayılır. İzmir – Aralıq dənizi hövzəsində olan ən qədim şəhərlərdən biridir. Mövcudluğu boyunca şəhər tərəqqi və tənəzzül dövrləri ilə dolu zəngin tarixə məxsusdur. İzmirin qərbində dənizi, çimərliklər və termal mərkəzləriylə Çeşmə yarımadası uzanır.
İzmirdə görməli yerlər
1. Efes
8 min illik yaşı olan qədim Efes şəhərinin qalıqları İzmir vilayətinin Selçuk şəhərində yerləşir. Qədim Yunanıstan, Roma və Bizans imperatorluqlarının ən böyük şəhərlərindən biri olmuş Efes ən çox dünyanın 7 möcüzəsindən biri olan Artemida Məbədinə görə tanınır. 2015-ci ildə UNESCO-nun Dünya Mədəni İrsləri siyahısına salınmışdır.
2. İzmir Aqorası (Agora of Smyrna)
İlk olaraq yunanlar tərəfindən tikilmiş Aqora zəlzələ səbəbilə dağıldıqdan sonra Roma imperatoru Markus Aurelius tərəfindən yenidən inşa olunmuşdur. Aqoraya ziyarət edən turistlər başlıca olaraq Faustina Qapısı, Qədim Küçə, Bazilika və yeraltı dəhlizlərə baş çəkirlər.
3. Asansör (Lift)
İzmirin simvolu sayılan Asansör 1907-ci ildə Karataş bölgəsində sahil xətti ilə yüksəklikdə yerləşən Halil Rıfat Paşa məhəlləsini birləşdirmək üçün inşa olunmuşdur. 58 metr hündürlüyü olan Asansörün tarixi görünüşü indiyə qədər qorunub saxlanılmışdır. Asansörün ən üst mərtəbəsində restoran və İzmir şəhərini seyr etmək üçün balkon mövcuddur.
4. Kadifekale
Kadifekale 186 metr hündürlüyü olan Pagos təpəsinin üzərində, sahildən 2 km uzaqlıqda yerləşir. Eramızdan əvvəl 3-cü əsrdə Makedoniyalı İsgəndərin əmri ilə tikilmiş qalanın şimal və şərq hissələri salamat qalmışdır. İzmir Bələdiyyəsi 2007-ci ildə Kadifekale’də restorasiya və bərpa işləri aparmışdır. Qaladan İzmirin böyük bir hissəsi və İzmir Körfəzini izləmək mümkündür.
5. Kemeraltı Bazarı
Kemeraltı Bazarı İzmirin ən önəmli alışveriş mərkəzi hesab olunur. Tarixi mağazaların müasir müəssisələrlə iç-içə olduğu bazar Konak rayonunun Mezarlıkbaşı məhəlləsindən Konak Meydanına qədər uzanır. Kemeraltı Bazarında Türk əl işləri sənətlərinin hər növ nümunəsini – keramika və taxta oyma ilə hazırlanan əşyalar, çini qablar, xalça və kilimlər – tapmaq mümkündür.
6. Kordonboyu
Egey dənizi boyunca 5 km uzanan Kordon və ya sahil xətti İzmirin ən gözəl təbii guşələrindən biridir. Kordon boyunca yerləşən içki köşkləri, İzmirin məşhur midye satıcıları və balıqçılar şəhərin ziyarətçilərini burada vaxt keçirməyə cəlb edir.
7. Şirince kəndi
Şirince kəndi kənd turizminə görə İzmirdə və Türkiyədə seçilən mərkəzlərdən biridir. Şərabçılıq, bağçılıq və zeytunçuluğun yüksək səviyyədə inkişaf etdiyi kənd qədim Efes şəhərinin yerləşdiyi Selçuk şəhərindən 8 km uzaqlıqda yerləşir. Şirince kəndi xüsusilə 2012-ci ildə baş verməli olan “qiyamət”dən qorunmaq üçün “güvənli bölgə” elan edildikdən sonra dünya səviyyəsində məşhur olmuşdur.
8. Konak (Atatürk) Meydanı
Konak Meydanı, rəsmi adı ilə Atatürk Meydanı, İzmirin 3 əsas meydanından biri sayılır. Kemeraltı bazarına yaxın olan meydanda İzmir Saat Qülləsi, Konak Yalı Məscidi, İzmir Hökumət və Bələdiyyə Binaları kimi önəmli tikililər yerləşir.
9. Çeşme
İzmirin 85 km qərbində eyni adlı yarımadada yerləşən Çeşme ilçəsi dünyanın ən önəmli resort bölgələrindəndir. 2 km uzunluğu olan Ilıca resortu çimərliklərinə və termal bulaqlarına görə xüsusilə sıx ziyarət olunan məkandır. Çeşme dünyanın ən yaxşı 3-cü sörfinq resortu hesab olunur.
10. “Key” Avtomobil Muzeyi
2015-ci ildə Selim və Murat Özgörkey qardaşları tərəfindən qurulmuş “Key” muzeyi 76 avtomobil və 40 motosiklı ilə Türkiyənin ən geniş avtomobil muzeyi hesab olunur. Mersedes, BMW, Cadillac və Ford kimi ən məşhur markaların 1880-ci illərdən 2011-ci ilə qədər istehsal olunmuş klassik avtomobilləri maşın həvəskarları üçün sərgilənir.
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-3100482 Sosial şəbəkədə ünvanlarımız: