Kapadokya Turu - Ulduz Tourism, Azerbaijan - Türkiye Tour Operator

Kapadokya Turu

Kapadokya Turu

Qiymətə daxildir:

  • Aviabilet
  • Otel 3 gecə 4 gün 
  • Transfer
  • Sığorta 
  • Qidalanma 

Kapadokya Yerli əhalinin dilində “Dünyanın səkkizinci möcüzəsi” adlanır. Türkiyədə dünyanın hər yerindən turistləri özünə cəlb edən möcüzəli bir yerdir. O , duzlu və dayaz , lakin geniş Tuz gölünün şərqində yerləşir və Kapadokya adlanır. Bu bölgədə, vadi yamaclarından enən sel sularının və küləyin, vulkanik püskürtülərdən əmələ gələn maddəni aşındırdığı üçün Pəribacası adı verilən qəribəliklər meydana gəlmişdir. Həmçinin Kappadokiya Anadolunun ən qədim yazılı abidələrin tapıldığı yerdir. Bölgə o qədər maraqlıdır ki, buranı günlərlə gəzib bitirmək olmaz. 

 Kapadokyada gəzilməli yerlər.

1. Nevşehir

Nevşehir (‘Gözəl Atlar Yurdu’ mənasını verir) Kapadokya bölgəsinin mərkəzində yerləşir. Kapadokya vulkanik dağlarla əhatə olunmuş və yaranan bənzərsiz təbii möcüzələrə malikdir.

2. Ürgüp

Nevşehirin 20 km şərqindəki Ürgüp, Kapadokya bölgəsinin ən əhəmiyyətli turizm mərkəzlərindən biridir. Vadinin yamaclarından axan yağış suyunun aşınması və sonra küləklər nəticəsində yaranan  peribacaları bu bölgəyə xas çox gözəl mənzərə yaratmışdır.

3. Kayseri Soğanlı Vadisi

Kayseridən 80 km uzaqda yerləşən və yaşıllıqlarla əhatə olunmuş Soğanlı Vadisi öz bənzərsiz gözəlliyi ilə buraya gələn qonaqların diqqətini cəlb edir.

4. Peribacaları

Kappadokiada turistik yerlər deyilən zaman  ağla gələn Peribacaları  bənzərsiz gözəlliyi və  möhtəşəm gün batımı mənzərəsilə tanınır.  Həmçinin Pəri bacalarına hava şarı turları da təşkil olunur. Hansı ki, bu zaman Pəri bacaları quş baxışı olaraq görülə bilər.

5. Tuz Gölü

Türkiyənin ikinci ən böyük gölü olan Tuz Gölündə gün batımı, bənzərsiz bir mənzərəyə sahibdir. Tuz gölü müəyyən dövrlərdə çəhrayı olur. İç Anadolu bölgəsinin ən əhəmiyyətli turizm mərkəzlərindən biri sayılır.

6. Derinkuyu Yeraltı Şəhər

İndiyə qədər Kappadokiyada  37 yeraltı şəhər tapılıb və onlardan yalnız 7 -si gəzmək üçün açıqdır. Bunlardan da ən böyüyü Derinkuyu Yeraltı şəhəridir. Orada gəzən insanlar qırmızı oxları izləyərək şəhəri gəzə bilər, mavi oxları izləyərək isə çıxışa çata bilərlər.

7. Üç Gözəllər Pəri Bacaları

Ürgüpdə olan Üç Gözəllər Pəri bacaları möhtəşəm mənzərəyə sahibdir. Üç Gözəllər ana, ata, uşaq pəri bacaları kimi də tanınır.

8. Göreme Açıq Hava Muzeyi

Göreme Açıq Hava Muzeyi, Kapadokya bölgəsinin ən əhəmiyyətli turistik yerlərindən biri olan Göremedə yerləşir. Göremedən təxminən 2 km məsafədə yerləşir.

9. Kappadokiya Ihlara Vadisi

Kappadokiyanın ən məşhur gəzinti yerlərindən biri olan Ihlara Vadisi, Melendiz Çayının mənzərəsi ilə birləşərək özünəməxsus bir gözəllik əldə edərək, göz qamaşdıran təbiəti ilə ora gedənləri cəlb edir.

10. Güvecinlik Vadisi

Güvercinlik Vadisi, gəzintini sevənlər üçün ən çox seçilən yerlərdən biri olan Uçhisar və Göreme arasındadır.

 

Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Tel: +994-12-3100482      Mob / WP: +994-99-3100482    Sosial şəbəkədə ünvanlarımız:   

 

Bir cavab yazın