Trabzon Turu
Qiymətə Daxildir:
1) Bakı – Trabzon – Bakı Buta hava yolları ilə birbaşa reys (10 kq əl yükü)
2) Trabzonda Oteldə 3 gecə (+1 gecə bizdən hədiyyə) – Sumela Park Hotel 4*
3) Səhər yeməyi – 4 dəfə
4) Gəzintilər
Ekskursiyalar:
– Trabzon Boz təpə
– Trabzon Meydanı
– Trabzon Uzungöl
– Çay fabrikində alış – veriş imkanı
– Alibaba Şirniyyat Evi
Bakı – Trabzon uçuşu
⇒ 28 may (21:00 – 21 :30)
Trabzon – Bakı uçuşu
⇒ 01 iyun (22:30 – 01:00)
Qiymətə daxil deyil:
1) Oteldə əlavə tək qalmaq istəyən turist +60 $ əlavə ödəniş etməlidir
2) Əlavə ödənişlə: Sumela monastrı, Çal mağarası, Hidirnebi yaylası, Akpinar Restoranı
3) Tarixi yerlərə və məkanlara giriş qiyməti
Qeydlər:
1. Turun qiyməti stabil deyil, təyyarə biletinə görə dəyişə bilər.
2. Ödəniş günün məzənnəsinə əsasən manatla qəbul olunur.
3. Qeyd olunan turların qiyməti sifariş etdiyiniz tarixdən asılıdır və hazırlandığı tarixdən vaxt keçərsə qiyməti dəyişə bilər.
Turlar haqqında daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın
Trabzon
Təbii gözəllikləri ilə hər küncündə ayrı bir xəzinə olan Trabzon, Qara dəniz bölgəsində səyahət etməyə dəyər bir şəhərdir. Trabzon adət-ənənələri, mədəni dəyərləri, bənzərsiz və möhtəşəm təbiəti ilə mütləq ziyarət edilməli bir şəhərdir.
Trabzonda gəzməli yerlər.
1. Boztəpə
Dənizdən təqribən 500 m yüksəklikdə yerləşən Boztəpə öz gözəlliyi ilə yerli və xarici turistlərin diqqətini cəlb edir. Turistlər Boztəpədə həm dənizi, həm də yaşıllıq əraziləri eyni anda seyr edə bilir. Həmçinin bir neçə il əvvəl açılan Kanat xətti turistlərin marağını daha da artırmışdır.
2. Uzungöl
Uzungöl Trabzonda gözəlliyi ilə seçilən turistik məhəllədir. Uzungöl Haldizen dərəsini yamaclardan düşən qayaların bağlaması ilə yaranmışdır. Uzungöl möhtəşəm gözəllikləri, təmiz havası və gözəl iqlimi ilə səyahət edilə biləcək yerlərdən biridir.
3. Trabzon qalası
Trabzonun mərkəzində yerləşən qala şəhərin önəmli tarixi əsərləri arasındadır. Qala üç hissədən, yuxarı, orta və aşağı hisardan ibarətdir. Təqribən 4000 illik keçmişi ilə bilinən Trabzon qalası Karadenizin incisi sayılır.
4. Ayasofya muzeyi
Ayasofya Muzeyi 1250 və 1260-cı illər arasında Kral I Manuel tərəfindən tikdirilmişdir. Tarixi quruluşu və memarlığı ilə Ayasofya muzeyi Trabzonda gəziləcək yerlər arasındadır.
5. Sümela monastrı
Sümela monastrı Maçka rayonunda Ziqana dağının yamacındadır və dәniz sәviyyәsindәn 1200 metr yüksәklikdә yerlәşir. Monastrın әtrafı yamyaşıl ağaçlarla əhatə olunub. Monastr yüksәk qayalıqların ortasında öz gözəlliyi ilə turistlərin diqqətini çəkir.
6. Peristera monastrı (Kuştul monastrı)
Peristera monastrı (Kuştul monastrı) 752-ci ildə, təqribən 300 metrlik qayanın üzərində tikilmişdir. Sahildən uzaq olmasına baxmayaraq ən üst hissəsindən dənizin göründüyü bu monastra 72 addımlı pilləkən çıxmaqla çatmaq mümkündür.
7. Atatürk Köşkü muzeyi
Atatürk Köşkü Muzeyi Konstantin Kabayanidis tərəfindən bir bağ evi olaraq tikilmişdir. Atatürkün ölümündən sonra, yəni 1943-cü ildə Trabzon Bələdiyyəsi Atatürk Köşkünün Atatürk Muzeyi olaraq açılmasına qərar vermişdir.
8. Hamsiköy
Dənizdən 1900 metr yüksəklikdə olan Hamsiköy kəndi turistlərin Trabzonda zövqlə səhayət etdiyi yerlərdən biridir. Mərkəzdən 60 km uzaqlıqdakı kəndə təxminən 1 saata avtomobillə çatmaq mümkündür. Burada kəndə gələn qonaqların yerləşməsi üçün bungalov evlər tikilmişdir.
9. Sera Gölü
Sera gölü Trabzondakı gəzməli yerlərdən birisidir. Turistlər gölün ətrafında gəzinti edə bilər, piknik edə bilər, gölün ətrafında olan ləzzətli balıq restoranlarında yemək yeyə bilərlər. Həmçinin gölün ətrafında gündəlik qalacaq evlər də mövcuddur.
10. Forum Trabzon AVM
Forum Trabzon AVM , Türkiyənin Trabzon şəhərində fəaliyyət göstərən ticarət mərkəzidir. Forum Trabzonda 34500 mağaza, 4 min hipermarket, 2200 restoran, 3000 kinoteatr, 500 əyləncə mərkəzi və istirahət üçün yaşıllıq ərazilərdən ibarətdir. Trabzonda turistlərin alış-veriş, əyləncə üçün ziyarət etdiyi yerlərdən biridir.
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-3100482 Sosial şəbəkədə ünvanlarımız: