Argentina rəsmi adı: Argentina Respublikası 34′ 36 Cənub paralelləri və 58′ 27 Qərb meridianları arasında, Cənub Amerika qitəsində yerləşən ölkə.Argentinanın ümumi sahəsi 2,791,810 km²-dir , əhalisi isə 2012-ci ildə aparılmış rəsmi siyahıyaalmanın nəticələrinə əsasən 41 281 631 nəfərdir[1].Argentina Cənubi Amerika qitəsinin cənub seqmentində, And dağları və Atlantik okeanı arasında yerləşəir; sahil xəttinin uzunluğu 4989 kilometrdir. Ərazisinin böyüklüyünə görə Argentina Cənubi Amerika materikinin ikinci, dünyanın səkkizinci dövlətidir. Çili (5308 km), Boliviya (832 km), Paraqvay (1880 km), Braziliya (1261 km) və Uruqvay (580 km) ilə sərhəddi vardır.Ölkə əhalisinin böyük əksəriyyəti ispan və italyan mühacirlərinin törəmələridir. Ölkə əhalisinin sayı 2010-cu ilin siyahıyaalınmasına əsasən 40 091 359 nəfərdir. Bütün latınamerikalılar kimi argentinalılar da qarışıq genetik köklərə malikdirlər, lakin əhalinin əksər hissəsinin fenotipində (bədənində) cənubi Avropa, xüsusilə Aralıq dənizi cizgiləri üstünlük təşkil edir. Əhalinin 90 faizi katolikdir. Argentina məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik Respublikadır. Milli bayram günü olan Müstəqillik Günü 1816-cı il 11 noyabr tarixindən qeyd olunur. Argentina 23 vilayətdən və muxtar paytaxt ərazisindən ibarətdir.
Argentinada gəzməli yerlər:
- 9 Temmuz Bulvarı
- Recoleta Məzarlığı
- Mayıs Meydanı
- San Telmo
- La Boca
- Prezident Evi
- Gözəl Sənətlər Muzeyi
- Kristof Kolomb Opera Binası
- Madero limanı
- Floralis Generice
- Buenos Ayres Şəhər Katedrali
- Palermo
- Florida Sokağı
- Eva Peron muzeyi
Hər hansı sual və istəyiniz olarsa, göstərilən telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Tel: +994-12-3100482 Mob / WP: +994-99-8824921 Sosial şəbəkədə ünvanlarımız: